Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:07 Şəxslərə pulsuz hüquqi yardım göstərənlərə dövlət nə qədər ödəniş edəcək? | 13:39 Azərbaycanda məktəbə "Molotov kokteyli" atıldı: İki nəfər həbs edildi - Foto | 13:37 Bakıda iki kişi avtomobili səhv parklamağa görə dalaşdı | 13:32 Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq | 12:58 İnterpolun tutaraq Bakıya gətirdiyi sabiq gömrük əməkdaşı həbsdən azad edildi | 12:55 Azərbaycan nefti ucuzlaşıb | 12:53 Abşeronda güclü yanğın: Əməliyyat görüntüləri - Video | 12:51 "TikTok"da qadından hədiyyə alan kişi arvadının qolunu sındırdı | 12:50 Günəşdən nəhəng püskürmə baş verdi: Yerə təsiri olacaq? | 12:41 Alyona Əliyeva "ENQRAM" sərgisindən paylaşım edib - Foto | 12:40 Bazarlarda meyvə-tərəvəz bahalaşıb - Video | 12:27 Zərdabda iki avtomobil toqquşdu: Xəsarət alanlar var | 12:23 Bakıda 31 yaşlı kişi özünə xəsarət yetiribmiş - Təfərrüat | 12:06 Bakıda "Rəmiş" hotelin fəaliyyəti dayandırıldı - Video | 11:52 Piyadanı vurub ağır yaralayan sürücünün cinayət işinə xitam verildi: Səbəb | 11:41 Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq: "Babəli Türkiyədə saxta pul alverinə girişib" | 11:38 Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama | 11:25 Lionel Messiyə dair sensasion transfer iddiası | 11:23 Bəzi həkimlərə xüsusi rütbələr veriləcək | 11:21 Mərkəzi Bankın keçmiş baş direktoruna yeni vəzifə verildi |
Mojo.az Avto
Mojo.az Avto

"AYB-nin poliklinikası sovet dövründən qalıb" — SORĞU

10.08.2026 17:01 1 497
Azərbaycan Yazıçılar Birliyinin (AYB) nəzdində fəaliyyət göstərən poliklinika uzun illərdir yazıçılar və ədəbiyyat sahəsində çalışan şəxslərə tibbi xidmət göstərir. AYB-nin üzvü olmayan yazıçılar bu xidmətlərdən faydalana bilərmi? Yazıçılar bu müəssisədən razı qalıblarmı?

Median.Az mövzu ilə əlaqədar olaraq həmin polikilinkadan və yazıçılardan açıqlama alıb.
Polikilinkadan Median.Az-a bildirilib ki, İcbari tibbi Sığorta ilə bütün Azərbaycan vətəndaşları xidmətdən istifadə edə bilərlər.

Yazıçıların sorğuya cavabını təqdim edirik:


Sara İbrahim

AYB-nin üzvü deyiləm, həmin poliklinikanın xidmətindən ödənişli əsaslarla bir dəfə istifadə etmişəm. Əgər tibb müəssisəsi AYB- nin nəzdində fəaliyyət göstərirsə, çox güman birliyin üzvləri üçün ödənişsizdir. Vəsiqəsi olmayanlar mənim kimi pul ödəməlidirlər. Mən ora bir tanışın məsləhəti ilə getdim. Oradakı həkim aparatla bir çox xəstəlikləri təyin edib müalicə edir. Mənə qəndə bənzər kristal kimi həblər verildi. Lakin bir neçə ay istifadə etməyimə baxmayaraq, heç bir faydası olmadı. Eyni zamanda mən o müəssisəyə yazıçı kimi müraciət etməmişdim. Sırf o həkimin müalicəsindən məmnun qalmadım. Orada özümü yazıçı kimi də təqdim etmədim.
Zahid Sarıtorpaq

Mən həmin poliklinikadan demək olar ki, heç vaxt istifadə etməmişəm. Cəmi bircə dəfə, səhv etmirəmsə, 1990-cı ildə müraciət etmişəm. Çox səviyyəli həkimlər vardı o zaman. Razı qalmışdım...
İndi orada vəziyyət necədir, - xəbərim yoxdur...
Qurban Yaquboğlu

Vaxtilə AYB-nin poliklinikasının qapısını açdığım, xidmətindən müəyyən qədər yararlandığım olub. Düzü, son illər ora ayağım düşməyib. Hazırda tibbi xidmətin xarakteri, iş prinsipləri o qədər dəyişib, həkimə ehtiyacın miqyası elə artıb ki, bir səhiyyə müəssisəsinin yalnız bir kateqoriya insanlara xidmət göstərməsi adama qəribə gəlir. Zənnimcə, hamıya qapını açıq saxlamaq daha doğrudu, hamı yaşamaq istəyir.

Almaz Ərgünəş Bəyazid

Mən əvvəllər AYB-nin nəzdində fəaliyyət göstərən poliklinikadan yararlanmışam. Bu polikilinkadan ancaq AYB-nin üzvü olan yazıçılar pulsuz yararlana bilir. Məsələn, mən əvvəllər ora çox gedirdim. Kardioloqa, qadın həkiminə müraciət etmişəm. Orada çox yaxşı UZM var. Səhv etmirəmsə, indi orada Sabir Rüstəmxanlının qızı baş həkimdir. İstəsəm, həmin polikilinkaya yenə gedə bilərəm, çünki çox yararlanmışam.
Çinarə Ömray

AYB üzvü kimi poliklinikanın fəaliyyətindən xəbərim var və düşünürəm ki, yazıçılar üçün belə bir tibbi xidmətin mövcudluğu kifayət qədər əhəmiyyətlidir. Xüsusilə uzun illər ədəbiyyat sahəsində çalışan və sosial dəstəyə ehtiyacı olan insanlar üçün bu cür imkanlar dəyərlidir.

Şəxsən mən indiyədək poliklinikanın xidmətlərindən istifadə etməmişəm. Ona görə də xidmətlərin keyfiyyəti ilə bağlı şəxsi təcrübəmə əsaslanan fikir söyləməyim düzgün olmaz. Bu barədə ən dəqiq məlumatı, təbii ki, poliklinikanın rəhbərliyi verə bilər.

Düşünürəm ki, əsas məsələ həm AYB üzvlərinin bu imkanlardan xəbərdar olması, həm də xidmətlərin onlar üçün mümkün qədər əlçatan olmasıdır. AYB üzvü olmayan, lakin ədəbiyyat sahəsində fəaliyyət göstərən şəxslərin də hansı şərtlərlə bu xidmətlərdən yararlana bilməsi barədə daha geniş məlumatlandırma faydalı olardı.

Ayxan Ayvaz

Mən bilən AYB üzvləri olmayanlar buradan ümumi yararlana bilmir. Çünki AYB-nin nəzdindəki polikilinkaya getmədən əvvəl Yazıçılar Birliyindən kağız almaq lazımdır. Biz bir dəfə atamı həmin polikilinkaya aparmışdıq. Yadımda qalan qədər deyə bilərəm ki, atam gedəndə AYB-dən icazə kağız almışdı. Həmin dönəmdə polikilinkanın rəhbəri səhv etmirəmsə, Fikrət Qocanın qızı idi. Atamda o vaxtlar nəfəs çatışmazlığı var idi. Polikilinkada müalicə olundu. Hətta orada atama yaxşı da qulluq etdilər. Ora dövlət xəstəxanası kimi idi. Biz ödəniş etməmişdik.
Şahanə Müşfiq

Mən 2015-ci ildən AYB-nin üzvüyəm. Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən poliklinikadan da xəbərim var. Amma heç vaxt həmin polikilinkanın xidmətindən yararlanmamışam. Yaşlı nəsil yazıçıların bu poliklinikanın xidmətlərindən yaralananların olduğunu bilirəm. Hətta bəzi yazıçıların bu poliklinikadan məmnun qaldıqlarını da eşitmişəm.
Sevinc Elsevər

Mən AYB-nin nəzdində fəaliyyət göstərən poliklinikadan 15 il öncə istifadə etmişəm. Orada UZM yoxlanışından keçmişəm. Amma mən orada ödəniş edərək faydalanmışam. Çünki heç bir qurumun üzvü deyiləm. Orada məni dəqiq müayinə etdilər. Sonra mən başqa müəssisələrin birində eyni müayinədən keçdim. Nəticələr də elə eyni oldu. Yazıçı olmaq imtiyazlı təbəqə sayılır. Artıq Tibbi Sığorta olduğuna görə, hər hansı bir dövlət xəstəxanasından istənilən köməyi almaq mümkündür. Ona görə də sırf Yazıçılar Birliyinin polikilinkasına getməyə ehtiyac duymamışam. Sadəcə bizə Yazıçıların polikilinkasının olması maraqlı gəlmişdi. O dövrə görə məkan köhnə idi. Hazırda vəziyyətin necə olduğundan xəbərim yoxdur. Mən oradan istifadə edərkən mehriban və gülərüz kollektivlə qarşılaşdım. Çox yaxşı tibbi personalı var idi.
Azad Qaradərəli

Mən AYB-nin heç nəyindən, o cümlədən poliklinikasından da yararlanmamışam. Ona görə də üzvü olmadığım təşkilatın heç nəyindən istifadə etmirəm.

Dəniz Pənahova
Median.Az

Son xəbərlər