Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO | 13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı | 13:33 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı" | 13:31 Dvalişvili Nurməhəmmədovla insidentdən sonra ilk açıqlamasını yaydı | 13:15 Bakıda 32 yaşlı kişi bıçaqlandı | 13:10 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu | 13:05 Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət: Sel və daşqın olacaq | 13:01 Ölkə ərazisində istilik mövsümü başlayır | 23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) |
Mojo.az Avto
Mojo.az Avto

Avropada meşə yanğınlarının vurduğu ziyan açıqlandı

08.08.2026 18:46 336
Avropada meşə yanğınlarının vurduğu ziyan açıqlandı
Avropada ilin əvvəlindən bəri baş verən meşə yanğınları nəticəsində 530 min hektardan çox ərazi kül olub. Yanğınların səbəb olduğu iqtisadi itkilərin isə 19 milyard avronu keçdiyi bildirilir.

ABŞ-da yerləşən və qlobal miqyasda hava proqnozu xidmətləri göstərən "AccuWeather" şirkətinin məlumatına görə, Avropada ilin əvvəlindən bəri çoxsaylı meşə yanğınları baş verib. Yanğınlar nəticəsində 530 min hektardan çox ərazi zərər görüb. Ən çox zərər çəkən ölkələrin İspaniya və Fransa olduğu bildirilib.

Yanğınların səbəb olduğu iqtisadi itkilərin 19 milyard avronu keçdiyi qeyd olunub.

Avropada meşə yanğınları riskinin payıza qədər yüksək olaraq qalacağı vurğulanıb. Mütəxəssislər yüksək temperatur və quraqlığın yanğın riskini artırdığına diqqət çəkərək, Avropanın müxtəlif bölgələrində yanğınlara qarşı mübarizə tədbirlərinin davam etdirilməsinin vacibliyini bildiriblər.
//qaynarinfo.az

Son xəbərlər