Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Rusiya Ukraynanın neft-qaz obyektlərinə kütləvi zərbələr endirdi

07.08.2026 18:59 600
Rusiya Ukraynanın neft-qaz obyektlərinə kütləvi zərbələr endirdi
Rusiya qoşunları "Naftogaz" qrupuna daxil olan "Ukrnafta" SC-nin obyektlərinə kütləvi hücum həyata keçirərək Ukraynanın şərqində yerləşən yeddi neft və qaz hasilatı obyektinə zərbələr endiriblər.

Median.Az
bu barədə "Naftogaz" qrupunun saytına istinadən xəbər verir.

Şirkətin məlumatına əsasən, hücum nəticəsində kritik əhəmiyyətli avadanlıqlar məhv edilib. Bu isə bir sıra istehsalat obyektlərinin fəaliyyətinin dayanmasına və hasilat həcminin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.

"Naftogaz"ın İdarə Heyəti sədrinin müavini Sergey Fedorenko qeyd edib ki, bu, son dövrlərdə "Ukrnafta" obyektlərinə endirilən ən kütləvi zərbə olub.

"Xoşbəxtlikdən, xəsarət alan yoxdur", - deyə o vurğulayıb.

Bundan əlavə, ötən sutka ərzində Rusiya qoşunları Zaporojye və Dnepropetrovsk vilayətlərində "Ukrnafta"nın dörd yanacaqdoldurma kompleksinə hücum ediblər. Şirkətin məlumatına görə, bu hücumlar nəticəsində də xəsarət alan olmayıb.

"Naftogaz"dan xatırladıblar ki, 2026-cı ilin əvvəlindən bəri Rusiya zərbələri nəticəsində "Ukrnafta"nın artıq 32 yanacaqdoldurma kompleksi və "Ukrqazvıdobuvannya" SC-nin beş istehsalat obyekti məhv edilib.

Son xəbərlər