Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Son 24 saatda Ukraynaya iki yüzə yaxın mərmi atılıb

30.01.2024 21:00 1 083
Son 24 saatda Ukraynaya iki yüzə yaxın mərmi atılıb
Son sutka ərzində Ukraynanın cəbhədən kənar əraziləri kütləvi hücuma məruz qalıb. Kiyev vilayəti də daxil olmaqla, Çerkassı, Sumı, Dnepropetrovsk, Kirovoqrad, Zaporojye, Xerson, Xarkov, Donetsk vilayətləri Rusiya ordusu tərəfindən əsasən dron zərbələrinə məruz qalıb.

Vilayətlərdə yerli qurumların “Report”un Şərqi Avropa bürosuna verdikləri məlumata görə, son 24 saat ərzində aktiv döyüşlərin getdiyi yüzə yaxın yaşayış məntəqəsindən əlavə, Ukrayna ərazisinə iki yüzə yaxın mərmi atılıb. Cəbhəyanı şəhərlər istisna olmaqla, 5 nəfər həlak olub, 10-a yaxın insan yaralanıb.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının rəsmisi Yuri İqnat hücumla bağlı durumu şərh edib: “Yanvarın 30-na keçən gecə Rusiya Donetsk vilayətini atəşə tutub. Belə ki, bu vilayətin Mirnoqrad şəhərinə iki “S-300” raketi ilə zərbə endirilib. Bundan başqa, hücum zamanı 35 “Shahed” pilotsuz uçuş aparatından (PUA) istifadə edilib. Ukrayna ordusunun bölmələri bu PUA-ların 15-ni məhv edib. 15 PUA Ukrayna ərazisinin dərinliyində yerləşən bölgələrdə zərərsizləşdirilib. Yerdə qalan pilotsuz uçuş aparatları cəbhəyanı bölgələrə zərbə endirib”.

O bildirib ki, söhbət təmas xəttindən və Rusiya ilə həmsərhəd olan ərazilərdən gedir: “İlk dəfə deyil ki, “Shahed” vasitəsilə həm hərbi, həm də mülki obyektlərə zərbələr endirilir. Anlayırıq ki, cəbhəyə yaxın ərazidə yerləşən bölgələrə hücumlar həyata keçirilir və belə qısa məsafədə “Shahed”ləri vurmaq çox çətindir. Buraya bir çox obyektiv amillər lazımi silahların olmaması, məsafənin qısa olması və s. daxildir. İtki və dağıntılar barədə dəqiq məlumatım yoxdur. Bir sözlə, Rusiyanın bu hücumunun da qarşısı alınıb. Üstəlik, bəzi səbəblərə görə də Rusiya PUA-larının hamısı hədəfə çatmır”.скачать dle 11.3
Mojo.az Banner