Mojo.az Banner
18:38 Paytaxtın hazırda hansı küçələrində sıxlıq var?  |     18:35 Yardımlı İcra Hakimiyyətində əməliyyat: HƏBS OLUNANLAR VAR  |     17:59 Ukraynada gərginlik: Ali Rada baş prokuroru vəzifədən azad etdi  |     17:57 Xırdalanda qumbara partladı, 19 yaşlı qız öldü - VİDEO  |     16:52 Qızla birlikdə Naxçıvandan Bakıya qaçmaq istəyən tələbə aeroportda tutuldu  |     16:35 Müğənni Afət Fərmanqızı növbəti dəfə məhkəməyə verildi  |     16:04 KASKO seçərkən bu səhvi etməyin: Sonradan peşman ola bilərsiniz  |     15:50 Azərbaycandan Ermənistana ixracın həcmi AÇIQLANDI  |     15:32 Reper Navai yenidən məhkəməyə veridi  |     15:27 İnterneti kəsilənlərin NƏRƏZİNƏ - Pulunuzu geri ala bilərsiniz  |     15:16 Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     13:56 İşsiz qaldınızsa, bu qayda dəyişə bilər: Yeni TƏKLİF gündəmdə  |     13:40 Ali Məhkəmə yetkinlik yaşına çatmayan şəxsin cinayətə cəlb edilməsinin meyarlarını açıqladı  |     13:03 Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır"  |     12:45 Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi  |     12:45 Azərbaycan neftinin qiyməti 127 dolları keçib  |     12:13 Avtoxuliqanlıq edən sürücü həbs olundu  |     11:13 Hərbi çağırışdan boyun qaçıran iki nəfər barəsində cinayət işi başlanıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM

07.08.2026 14:31 396
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

Median.Az
bununla bağlı President.az-a istinadən xəbər verir.

Sərəncama əsasən, Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mütəmadi əsasda təşkili məqsədilə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

Təşkilat Komitəsinin sədri

Samir Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini

Təşkilat Komitəsi sədrinin müavini

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Təşkilat Komitəsinin üzvləri:

Azərbaycan Respublikasının xarici işlər naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının mədəniyyət naziri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Azərbaycan Respublikasının energetika naziri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri.

Sərəncamda qeyd olunub ki, Azərbaycan Respublikasının iqtisadi və investisiya potensialının beynəlxalq səviyyədə təşviqi, əlverişli biznes və investisiya mühitinin daha da təkmilləşdirilməsi, xarici investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun dayanıqlı inkişafının təmin olunması və ölkənin qlobal iqtisadi sistemə inteqrasiyasının gücləndirilməsi dövlətin sosial-iqtisadi siyasətinin əsas prioritet istiqamətlərindəndir.

Bu məqsədlərə xidmət edən 2025-ci ildə keçirilmiş birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya imkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi, dövlət-özəl tərəfdaşlığının inkişafı, xarici investorlar və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi, habelə yeni investisiya layihələrinin təşviqi baxımından mühüm platforma olmuşdur. Qurulan əməkdaşlıq əlaqələri Forumun davamlı beynəlxalq platforma kimi inkişaf etdirilməsi üçün möhkəm zəmin yaradıb.скачать dle 11.3
Mojo.az Banner