Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Zelenski Ceyhun Bayramovu belə qəbul etdi - VİDEO

06.08.2026 21:30 345
Zelenski Ceyhun Bayramovu belə qəbul etdi - VİDEO
"Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul etdim. Nazir Rusiyanın tammiqyaslı işğalından bəri ilk dəfə Ukraynaya səfər edir".

Bu barədə Ukrayna lideri Volodimir Zelenski Teleqram kanalında yazıb.

"O, səfərinə İrpendən başladı və orada Azərbaycanın kömək etdiyi məktəb, xəstəxana və reabilitasiya mərkəzini ziyarət etdi. Ölkəmiz və xalqımız üçün bu çətin günlərdə gəlib bizi dəstəkləmək fürsəti tapdığınıza görə çox minnətdarıq. Xalqımızla həmrəy olduğunuz üçün təşəkkür edirik.

Rusiyanın Ukraynaya davamlı zərbələri, Qara dənizdəki vəziyyət və Rusiyanın taxıl dəhlizlərini bağlaması barədə məlumatlandırdıq. Yüksək səviyyəli diplomatik əlaqələr, müdafiə əməkdaşlığı və enerji, neft-qaz sektorlarında və kənd təsərrüfatında iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etdik.

Ukraynaya verdiyi dəstəyə, enerji və humanitar yardıma və konstruktiv dialoqa görə Azərbaycana minnətdarıq", - deyə Zelenski qeyd edib.
//unikal.az

Son xəbərlər