Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Məhərrəmlik bitir: Toy qiymətləri ARTACAQ? - Şadlıq saraylarında SON VƏZİYYƏT

06.08.2026 15:08 414
Məhərrəmlik bitir: Toy qiymətləri ARTACAQ? - Şadlıq saraylarında SON VƏZİYYƏT
Məhərrəmliyin başa çatmasına sayılı günlər qalıb. Bu o deməkdir ki, ölkəmizdə toy mövsümü yenidən canlanmağa başlayacaq. Evlənməyə hazırlaşan cütlükləri ən çox maraqlandıran məsələlərdən biri şadlıq saraylarında qiymətlərin dəyişib-dəyişməməsi, eləcə də uyğun tarix tapmağın mümkünlüyüdür.

Bəs real durum necədir? Ayın ikinci yarısından etibarən qiymət artımı gözlənilirmi?

Oxu.az mövcud vəziyyəti öyrənmək üçün paytaxtın müxtəlif qiymət seqmentlərini əhatə edən yüksək və orta səviyyəli şadlıq sarayları ilə əlaqə saxlayıb.

Bakı şəhərinin Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən restoranların birindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən illə müqayisədə sifarişlərdə ciddi azalma müşahidə olunur:

"Qiymətlərimiz minimum 80, maksimum 160 manatdır. Qiymətlərdə artım edilməyəcək, çünki bu, müştəri itkisinə səbəb ola bilər. Daha çox həftəsonları üçün rezervasiya edilir. Tələbat isə mövsümə görə dəyişir. Hazırda bizdə boş tarix tapmaq çətin deyil".

Həmin küçədəki digər şadlıq sarayından isə bildirilib ki, sifarişlərdə artım var:

"Sifarişlərin az və ya çox olması əsasən administratorların işindən asılıdır. Ümumən, ötən illə müqayisədə vəziyyət daha yaxşıdır, artım müşahidə edirik. Zallara uyğun müxtəlif paketlərimiz var. Minimum qiymət 70, maksimum isə 150 manatdır. Qiymətlərdə artım olmayacaq, çünki rəqabət çoxdur. Ən çox avqustun ikinci yarısı, sentyabr, oktyabr və noyabr aylarına tələbat olur. Hazırda həftəiçi boş günlərimiz var, həftəsonları isə demək olar ki, tam doludur".

Sözügedən küçədəki başqa bir restorandan sifarişlərin zəif olduğu bildirilib:

"Bizdə qiymətlər minimum 60, maksimum 100 manatdır. Ən çox sentyabr ayı üçün sifariş alırıq, digər aylarda müraciət azdır. Müştərilər əsasən şənbə gününə üstünlük verirlər. Hazırda boş yerlərimiz kifayət qədərdir".

Bakı şəhərinin Səməd Vurğun küçəsində yerləşən restorandan isə qeyd olunub ki, əvvəlki illərlə müqayisədə sifarişlər xeyli azalıb:

"Qiymətlərimiz minimum 100, maksimum 160 manatdır, dəyişiklik etməyi düşünmürük. Hazırda boş tarixlərimiz çoxdur".

Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsindəki şadlıq sarayından bildirilib ki, sifarişlərdə azalma hiss olunur:

"Toy paketlərimiz minimum 75, maksimum 130 manatdır. Ümumi iqtisadi vəziyyətdə ciddi dəyişiklik olmasa, qiymətlərimiz də dəyişməyəcək. Həftəsonlarına maraq daha çoxdur. Əsas tələbat payız aylarına olur. Hazırda boş yerlərimiz kifayət qədərdir".

Nizami rayonunun Bəkir Çobanzadə küçəsindəki orta seqment restorandan isə bildirilib ki, ötən illə müqayisədə sifarişlərin səviyyəsində ciddi dəyişiklik yoxdur:

"Sifarişlərimiz var, çox şükür. Qiymətlərimiz minimum 50, maksimum 65 manatdır. Qiymətlərin dəyişəcəyini düşünmürəm. Avqustun sonunadək və sentyabr ayının həftəsonları üçün sifarişlər daha çoxdur. Buna baxmayaraq, boş tarixlərimiz də qalır".

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S. Mehmandarov küçəsindəki restorandan isə böyük toylarla bağlı vəziyyətin zəif olduğu bildirilib:

"Nişan, kiçik toy və ad günü üçün sifarişlər alırıq, amma böyük toylarla bağlı müraciət yoxdur. Qiymətlərimiz 30-32 manat aralığındadır. Qiymətlərdə dəyişiklik gözləmirik. Hazırda boş yerlərimiz çoxdur".

Bakı şəhərinin Nəsimi rayonu, Əli Tağızadə küçəsindəki restorandan da sifarişlərin azaldığı qeyd olunub:

"Hazırda durğunluq müşahidə edirik. Həftədə cəmi bir-iki nəfər gəlib maraqlanır. Qiymətlərimiz minimum 50, maksimum 80 manatdır. Bu gedişatla qiymət artımı gözləmirik. İnsanların maddi vəziyyəti əvvəlki kimi deyil. Həftəsonlarına maraq çox olsa da, əvvəlki illərdə ara günlər üçün də kifayət qədər sifariş olurdu".

Son xəbərlər