Mojo.az Banner
11:37 "Google" məşhur xidmətini LƏĞV EDİR: "Gemini" ilə əvəzlənəcək  |     11:30 Gecələr tez-tez oyanmağın üç qeyri-aşkar səbəbi  |     11:24 İctimai "Wi-Fi" şəbəkələrinə qoşularkən DİQQƏT: Saxta yeniləmə tələsi  |     11:15 Alimlər itlərdə allergiyaya səbəb olan geni dəyişdilər  |     11:10 Ağstafada mağaza sahibi müştərini ürəyindən bıçaqladı  |     11:04 Bakıdakı məşhur ticarət mərkəzində faciəli şəkildə ölən şəxs usta imiş  |     23:01 Ceki Çan Bakıda fanatlarını belə salamladı (Video)  |     22:55 Bloqer canlı yayımda öldürüldü  |     22:47 Rusiyada 12 il əvvəl törədilən dəhşətli cinayət: Bakıda məhkəmə davam edir  |     22:38 Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB  |     22:33 Bakıda Mirtağı məscidində baş verən yanğın söndürülüb  |     22:30 Paşinyan Trampın Azərbaycan-Ermənistan sülhündəki rolundan danışdı  |     22:29 Daha üç küçədə təmir işlərinə başlanılır  |     22:27 Ukraynada raket çatışmazlığı: Zelenski siyasi səbəbdən şübhələnir  |     22:13 Bakıda məscid yanır  |     22:04 Gəncədə ağır qəza: Dörd yaşlı qız da xəsarət aldı  |     21:54 Təcili tibbi yardım şöbələri üçün tibbi vasitələr alınacaq  |     21:53 Bakıda məşhur ticarət mərkəzində FACİƏ  |     21:52 MN-in "İstirahət evi"nin sabiq rəisi barəsində MƏHKƏMƏ QƏRARI dəyişib  |     21:47 Mal əti bahalaşıb - VİDEO  |    
Left Banner
Right Banner

Bakıda məşhur xəstəxana ləğv edilir - Səbəb nədir?

05.08.2026 20:53 132
Bakıda məşhur xəstəxana ləğv edilir - Səbəb nədir?
Nərimanov Tibb Mərkəzinin (keçmiş 5 saylı xəstəxana) əsas binası artıq 4-5 ildir təmirdədir. Bu müddət ərzində tibb müəssisəsinin həkimləri fəaliyyətlərini müvəqqəti olaraq istismar müddəti başa çatmış, yararsız və şəraitsiz 6 saylı Uşaq Xəstəxanasının binasında davam etdirirlər.

Kollektivin sözlərinə görə, illərdir 8-9 həkim kiçik bir otaqda çalışmaq məcburiyyətində qalıb. Onlar bütün çətinliklərə təmir başa çatdıqdan sonra öz binalarına qayıdacaqları ümidi ilə dözüblər. Lakin hazırda təmir yekunlaşsa da, həkimlərin həmin binaya köçürülməyəcəyi bildirilir.

Bununla bağlı Nərimanov Tibb Mərkəzinin bir qrup əməkdaşı Publika.az-a müraciət edib.

Onlar gələcək taleləri ilə bağlı ciddi narahatlıq keçirdiklərini qeyd ediblər:

"Nərimanov Tibb Mərkəzinin əsas binasının təmiri artıq başa çatıb. Lakin bizi həmin binaya köçürmək əvəzinə, təmirdən çıxmış binanın yeni yaradılacaq Pediatriya Mərkəzinə veriləcəyi bildirilir. Həmin bina artıq Nərimanov Tibb Mərkəzi kimi fəaliyyət göstərməyəcək. Əgər bu məlumat doğrudursa, kollektivin gələcək taleyi ilə bağlı indiyədək heç bir rəsmi açıqlama verilməyib.

Hazırda fəaliyyət göstərdiyimiz 6 saylı Uşaq Xəstəxanasının binası uzun illərdir istismar olunur və mövcud şərait müasir tibb müəssisəsinin tələblərinə cavab vermir. Bu vəziyyət həm tibbi personalın işinə, həm də vətəndaşlara göstərilən xidmətin keyfiyyətinə mənfi təsir edir.

Son 4-5 il ərzində bütün çətinliklərə səbir və məsuliyyətlə dözmüşük. Darısqal və yararsız otaqlarda, qışda soyuq, yayda isə həddindən artıq isti şəraitdə çalışmışıq. Bütün bunlara yalnız bir ümidlə – təmiri başa çatan öz binamıza, Nərimanov Tibb Mərkəzinə qayıdacağımıza inanaraq qatlaşmışıq".

Qeyd edək ki, Nərimanov Tibb Mərkəzi uzun illər paytaxtın tanınmış tibb müəssisələrindən biri olub. Burada yalnız Bakı sakinləri deyil, rayonlardan və ucqar kəndlərdən gələn xəstələr də müalicə alıb. Bundan başqa, Vətən müharibəsi dövründə tibb ocağının həkimləri ön cəbhədə xidmət göstərib, hazırda isə onların bir qismi işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən modul tipli xəstəxanalarda çalışır.

Bəs elə isə, uzun illər fəaliyyət göstərən bir tibb müəssisəsinin kollektivinin təmir başa çatdıqdan sonra öz binasına qaytarılmamasının səbəbi nədir? Uzun tarixə malik Nərimanov Tibb Mərkəzinin istismar müddəti başa çatmış, yararsız və şəraitsiz binada fəaliyyətini davam etdirməsinin səbəbi nədir? Bu addım həm kollektiv, həm də illərlə həmin xəstəxanaya etibar edən pasiyentlər üçün nə dərəcədə ədalətlidir?

Mövzu ilə bağlı Publika.az-a danışan tibb elmləri doktoru Adil Qeybulla bildirdi ki, bəzən belə məsələlərdən hətta TƏBİB-in özünün də məlumatı olmur. Onun sözlərinə görə, əvvəllər də analoji hallar yaşanıb:

"4 nömrəli xəstəxana bu şəkildə ortada qaldı, həkimləri köçürüldü, xəstəxana faktiki olaraq fəaliyyətini dayandırdı. Bakı Şəhər Travmatologiya Xəstəxanası da eyni aqibətlə üzləşdi.

Bir tərəfdən həkim çatışmazlığından danışırıq, digər tərəfdən isə həkimlər belə vəziyyətlərlə üz-üzə qalırlar. Əgər onları ixtisar etsələr, insanlar taleyin ümidinə buraxılacaq. Hesab edirəm ki, bu, yolverilməzdir.

Sözügedən 5 nömrəli xəstəxanada böyük kollektiv, müxtəlif şöbələr fəaliyyət göstərir. Əlbəttə, xəstəxananın təmirə bağlanmasını anlamaq olar. Lakin belə söz-söhbətlər yayılırsa, ilk növbədə kollektivə rəsmi məlumat verilməli, onların gələcək taleyi izah edilməlidir. Əgər hansısa dəyişiklik nəzərdə tutulursa, bu, qanunvericiliyə uyğun şəkildə, zəruri kompensasiyalar nəzərə alınmaqla həyata keçirilməlidir.

Bu cür praktika aradan qaldırılmalıdır. Hansısa səviyyədə qərar qəbul edilir və nəticədə xəstəxana bu vəziyyətə düşür. Artıq Bakı şəhərində bir neçə tibb müəssisəsini itirmişik. Əhalinin böyük hissəsinin yaşadığı Bakı kimi şəhərdə xəstəxanaların bu formada ixtisar edilməsi anlaşılan deyil".

Adil Qeybulla Nərimanov Tibb Mərkəzinin tamamilə ləğv ediləcəyi ilə bağlı isə konkret məlumatının olmadığını bildirdi:

"Əgər belə bir qərar varsa, bu barədə həkimlərə əvvəlcədən məlumat verilməlidir. Hər hansı dövlət tədbiri və ya struktur dəyişikliyi nəticəsində müəssisənin fəaliyyəti dayandırıla bilər. Lakin bu, həkimlərin iş yerlərinə və əmək fəaliyyətlərinə mənfi təsir göstərməməlidir".

Məlumat üçün nəzərinizə çatdıraq ki, TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsi, resursların səmərəli idarə olunması və tibbi xidmətlərin əlçatanlığının artırılması məqsədilə mütəmadi olaraq müxtəlif təşkilati tədbirlər həyata keçirilir: “Bu proses çərçivəsində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, ayrı-ayrı xidmətlərin daha səmərəli təşkili və səhiyyə sisteminin mövcud ehtiyaclarına uyğun inkişaf istiqamətləri qiymətləndirilir.

Bu istiqamətlərdən biri də uşaqlara göstərilən ixtisaslaşmış tibbi xidmətlərin beynəlxalq təcrübəyə uyğun müasir multidisiplinar model əsasında inkişaf etdirilməsidir. Bu məqsədlə ixtisaslaşdırılmış multidisiplinar mərkəzin yaradılması istiqamətində müxtəlif təşkilati həllər nəzərdən keçirilir.

Nərimanov Tibb Mərkəzi ilə bağlı səsləndirilən məsələlər də bu ümumi proses çərçivəsində dəyərləndirilir. Hazırda mərkəzin yerləşdirilməsi ilə bağlı hər hansı yekun qərar qəbul edilməyib”.

Qurumdan həmçinin qeyd olunub ki, gələcəkdə bu istiqamətdə hər hansı qərar qəbul ediləcəyi təqdirdə, Nərimanov Tibb Mərkəzinin əməkdaşlarının peşəkar fəaliyyətinin fasiləsiz davam etdirilməsi üçün müvafiq iş şəraiti yaradılacaq. Qəbul ediləcək qərarlar barədə əməkdaşlar aidiyyəti qaydada məlumatlandırılacaq.
скачать dle 11.3
Mojo.az Banner