Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:17 Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb - Foto  |     17:17 Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? – Deputatdan təklif  |     17:15 Metro, dəmiryol və tramvay xətlərinin tikintisi ilə bağlı yenilik  |     17:06 Könül Həmzəyevaya qarşı 300 min manatlıq DƏLƏDUZLUQ: Məhkəmə başladı  |     16:36 Alyona Əliyeva Şamaxıda uşaq bağçalarının açılışından paylaşım edib - Foto  |     16:35 Aydın Mirzəzadə: "Ermənistan Azərbaycandan üzr istəməlidir"  |     16:27 Naxçıvanda həkim əsgər ölümünə görə həbs edildi  |     16:22 NVIDIA Ermənistanda: Bəs Azərbaycan? — İqtisadçılar danışdı  |     16:11 Qazaxda evdə partlayış oldu: Xəsarət alan var  |     16:08 Ucar Mərkəzi Xəstəxanasında mənimsəmə qalmaqalı: Vəzifəli şəxs həbs olundu  |     15:00 57 min manat ziyan vurduğu qadınla barışdı, məhkəmə azadlığa buraxdı  |     14:56 "Qızıl top" uğrunda Keynlə Mbappe arasında mübarizə necə keçib?  |     14:54 İƏT-in Baş katibi: "Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib"  |     14:47 Finlandiya prezidenti: "Azərbaycanın Avropa İttifaqına üzv olmaq şansı var"  |     14:47 İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"  |     14:45 Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqlədi  |     14:43 Prezident: "Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür"  |     14:42 İlham Əliyev: "Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb"  |     14:41 Prezident: "Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil"  |     14:33 Təhlükəli məhsullarla bağlı YENİLİK: Hansı mallar bazardan yığışdırılacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

"Android"dən tətbiqi silmək bütün məlumatların silinməsi demək deyilmiş

05.08.2026 20:24 357
Android smartfonundan tətbiqin silinməsi onun bütün məlumatlarının da yox olması anlamına gəlmir.

Bu barədə "MakeUseOf" nəşri məlumat yayıb. Nəşrin mütəxəssisi Şahir Xan bildirib ki, bir çox istifadəçi tətbiqi telefondan sildikdən sonra onun izlərinin tamamilə yox olduğunu düşünür. Halbuki, hər bir proqram cihazda sistem faylları, keş (cache) və digər qalıq məlumatlar saxlayır.

Mütəxəssis buna nümunə olaraq "Call of Duty" mobil oyununu göstərib. O, oyunu quraşdırıb, daha sonra silsə də, telefonun yaddaşında hələ də təxminən 1,5 giqabayt həcmində məlumatın qaldığını aşkarlayıb.

Şahir Xan istifadəçilərə smartfonun yaddaşındakı qovluqları vaxtaşırı yoxlamağı tövsiyə edib. Onun sözlərinə görə, bunu "lazımsız faylları" təmizləmək üçün nəzərdə tutulmuş xüsusi proqramlar vasitəsilə etmək mümkündür.

Məqalədə qeyd olunur ki, Android əməliyyat sistemi tətbiqlərin saxladığı bütün məlumatlara tam çıxış imkanı vermədiyindən, qalıq faylları silmək üçün çox vaxt üçüncü tərəf utilitlərindən istifadə olunur. Bu proqramlar telefonun yaddaşını analiz edərək silinmiş tətbiqlərdən qalan faylları aşkar edib təmizləməyə imkan verir.

Xatırladaq ki, avqustun əvvəlində "How-To Geek" nəşrinin jurnalistləri böyük daxili yaddaşa malik smartfonlara əlavə pul xərcləməyin hər zaman məqsədəuyğun olmadığını bildirmişdilər. Onların fikrincə, daha kiçik yaddaşa malik model almaq, məlumatları isə xarici yaddaş qurğusunda və ya bulud xidmətlərində saxlamaq daha sərfəli seçim ola bilər.//sfera.az

Son xəbərlər