Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:49 Avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb | 16:44 Yeni Suraxanıda kanalizasiya suyu dənizə axıdılır - VİDEO | 16:43 Körfəzi ölkələri İrandan təzminat istədilər | 15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş | 15:08 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı | 14:52 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi | 14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO | 14:45 Samuxda ölən 4 uşaq atası Vətən müharibəsi iştirakçısı olub | 14:38 Azərbaycan nefti bahalaşıb | 14:31 Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var | 14:26 Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu | 14:23 Bakıdan Qubaya gəzməyə getdilər, içkili halda qəzaya düşdülər - 26 yaşlı gəncin ölümünün təfərrüatı | 14:15 Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır | 14:11 Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO | 14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO | 13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı | 13:33 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı" | 13:31 Dvalişvili Nurməhəmmədovla insidentdən sonra ilk açıqlamasını yaydı |
Mojo.az Avto
Mojo.az Avto

Tikinti fırıldaqçıları: Röyal Masıyevdən şikayət var

05.08.2026 15:59 438
Tikinti fırıldaqçıları: Röyal Masıyevdən şikayət var
İnsanların etibarından sui-istifadə edən, vətəndaşın halal zəhmətlə qazandığı pulu son qəpiyinə qədər mənimsəyən iş adamları, tikinti maqnatları barədə dəfələrlə yazılıb, bu sahədə olan problemlər ictimailəşdirilib. Qanunun yol verdiyi imkanlar çərçivəsində həmin şəslər öz layiqli cəzalarını alsalar da, lakin hələ də bu kimi neqativ hallara rast gəlinir. Jurnalist Sima Babayevanın facebook sosial şəbəkə hesabında paylaşdığı çikayət məktubundan aydın olur ki, belə şəxslərdən biri də Röyal Masıyev adlı şəxsidr.

Qeyd edilir ki, adıçəkilən şəxs əslində adi bir prarab (iş icraçısı) olduğu halda, özünü böyük tikinti şirkətinin rəhbəri kimi təqdim edir. Yalan vədlərlə insanların etibarını qazanır, təkcə mənzillərin deyil, iri obyektlərin də tikintisi və təmiri adı altında vətəndaşlardan astronomik, baha məbləğlərdə pul qopardır.


İddia olunur ki, Röyal Masıyev baha qiymətə aldığı sifarişləri dəfələrlə ucuz, keyfiyyətsiz, heç bir normativə cavab verməyən bərbad materiallarla "yola verir". Ortaya çıxardıqları isə təmir deyil, sözün əsl mənasında gözdağıdır. Bəzi hallarda isə külli miqdarda pulu cibinə qoyub heç bir iş görmədən aradan çıxır. İnsanları həm müflisləşdirir, həm də illərlə topladıqları əziyyəti bir anın içində puç edir.

Məsələ bununla da bitmir. İddialara görə, Röyal Masıyevin fəaliyyəti tamamilə qeyri-rəsmidir. Bu şəxsin hansı VÖEN-lə fəaliyyət göstərdiyi, ümumiyyətlə qanuni bir çərçivədə çalışıb-çalışmadığı məlum deyil.

Vətəndaşlardan nağd şəkildə böyük məbləğdə pullar alır, qarşılığında isə nə rəsmi qəbz verir, nə də müqavilə bağlayır. Dövlətə bir qəpik də vergi ödəməyən, "qara каssа" sistemi ilə cibini dolduran bu şəxs həm vətəndaşların haqqına girir, həm də açıq-aşkar dövlət büdcəsindən yayınır.

Məlumata görə, Röyal Masıyev bu şəxs əvvəllər "Evin az" şirkətində çalışıb və orada da analoji maliyyə fırıldaqlarına, insanları aldatdığına və pul mənimsədiyinə görə işdən qovulub. Amma görünür keçmişdəki yol verdiyi xətalar buna dərs olmayıb. Əksinə, özünə yeni "şikar"lar axtararaq insanları tələyə salmağı peşəyə çevirib.

Artıq canı boğaza yığılan zərərçəkənlər Prokurorluq orqanlarına rəsmi şikayət ediblər. Şikayətçilər qeyd ediblər ki, məsələ ilə bağlı hüquq-mühafizə və aidiyyəti vergi orqanlarına da rəsmi müraciətlər ünvanlanacaq.

P.S.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Son xəbərlər