Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:01 Ölkə ərazisində istilik mövsümü başlayır | 23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar |
Mojo.az Avto
Mojo.az Avto

Kamil Zeynallıya qarşı dələduzluq edən FHN-in sabiq əməkdaşı ilə bağlı qərar verildi

01.08.2024 12:27 2 139
Kamil Zeynallıya qarşı dələduzluq edən FHN-in sabiq əməkdaşı ilə bağlı qərar verildi
Bakı Apellyasiya Məhkəməsində idmançı Kamil Zeynallı və daha 7 nəfərin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Oba Construction" tikinti şirkətinin müdiri Emil Ağayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, Emil Ağayev "Instagram"da tikinti, təmir və dizayn sahəsində fəaliyyət göstərən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan təsis etdiyi "Oba Construction" MMC adlı şirkətin səhifəsini yaradıb. Sonra Emil insanları inandırmaq üçün həmin səhifədə şirkətin güzəştli qiymətlərlə evlərin tikintisi, təmiri və dizaynını həyata keçirəcəyi ilə bağlı endirim kampaniyası elan etdiyi barədə yalan məlumatlar paylaşıb.

2022-ci ilin fevral ayının sonunda fitnes məşqçisi Kamil Zeynallı Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən şəxsi mülkiyyətində olan həyətyanı torpaq sahəsində "Aframe" tipli evin tikilməsi ilə bağlı ona həmin sosial şəbəkə üzərindən müştəri kimi müraciət edib. Emil zərərçəkmişə özünü təmir-tikinti şirkətinin rəhbəri kimi təqdim edərək ona ümumi sahəsi 135 kvadratmetr olan ikimərtəbəli "Aframe" tipli evi 65 000 manat qiymətində 4 ay ərzində tikib təmir etməklə təhvil verəcəyinə yalan vəd verib.

Kamil isə ona müxtəlif vaxtlarda ümumilikdə 20 000 manat pul verib. Təqsirləndirilən şəxs tikintiyə cəmi 7 010 manat pul xərcləməklə vəd verdiyi işi görməyi dayandırıb və zərərçəkmişə 12 990 manat ziyan vurub. Cinayət materiallarında qeyd edilib ki, o, zərərçəkmişlərə 300 min manata yaxın maddi ziyan vurub.

Məhkəmə istintaqında Emil Ağayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Lakin ayrı-ayrılıqda verilmiş mülki iddiaları qismən qəbul edərək ifadəsində göstərib ki, 2008-ci ildən 2018-ci ilə qədər Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsində işləyib. 2017-ci ildən etibarən isə o, tikinti sahəsində fəaliyyət göstərib. Qısa müddət ərzində o öz tikinti şirkətini, yəni "Oba Construction" MMC-ni açıb. Bu şirkəti açmazdan əvvəl Emil uzun müddət fəhlə, usta və baş usta kimi çox yerlərdə işlədiyini söyləyib. Onun şirkətinin əsas fəaliyyəti - fərdi yaşayış evlərinin tikintisi ilə əlaqədar olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emil Ağayev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər