Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

"Sabah"ın Çempionlar Liqasındakı oyunu hansı kanalda yayımlanacaq?

05.08.2026 12:07 369
Bu axşam UEFA Çempionlar Liqasında III mərhələsinin oyunları keçiriləcək.

Təmsilçimiz "Sabah" bu mərhələdə Danimarkanın "Orhus" klubunun qonağı olacaq.

İzləyicilər "Orhus" - "Sabah" oyununu İctimai TV-də izləyə biləcəklər.

Xatırladaq ki, "bayquşlar" iki oyunun nəticəsinə əsasən "Orhus"u üstələyəcəyi təqdirdə UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Hapoel Beer-Şeva" (İsrail) - "Srvena Zvezda" (Serbiya) cütünün qalibi ilə qarşılaşacaqlar. Mərhələnin uduzan tərəfi isə UEFA Avropa Liqasının pley-offunda "Benfika" (Portuqaliya) - "Harts" (Şotlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası

III mərhələ

5 avqust

Saat 20:30, "Orhus" - "Sabah" (İctimai TV)

Son xəbərlər