Mojo.az Banner
Left Banner
Right Banner

"Qarabağ"ın Avroliqadakı növbəti potensial rəqibləri müəyyənləşdi

20.07.2026 15:36 126
"Qarabağ"ın UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

"Köhlən atlar" turnirin II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA komandasını məğlub etsə, "Şerif" (Moldova) - "Makkabi (Tel-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.

"Sabah" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiya təmsilçisi "KuPS"a uduzsa, UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Levski" (Sofiya, Bolqarıstan) - "Universitatya Krayova" (Rumıniya) duelinin məğlubu ilə qarşılaşacaq.

Xatırladaq ki, UEFA Avropa Liqasında III təsnifat mərhələsinin matçları 6 və 13 avqusta təsadüf edəcək.скачать dle 11.3
Mojo.az Banner