Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Daha bir "Wildberries" kompleksi vuruldu

04.08.2026 20:59 366
Daha bir
Leninqrad vilayətinin Krasnı Bor şəhərində 154.000 kvadrat metr sahəni əhatə edən "Wildberries" kompleksi dronlarla vurulub.

Bu barədə Rusiya mətbuatı yazıb.

Logistika kompleksi "Wildberries" şirkətinin Rusiyanın şimal-qərbindəki ən böyük obyektlərindən biridir. Onun anbar tutumu eyni vaxtda 57 milyondan çox malın saxlanmasına imkan verir.

Bundan əlavə, Moskva vilayətinin Çexov şəhərində PUA-lar "Wildberries" anbarlarına hücum edib və özəl sektorda yanğın baş verib.

Rusiya mediası Çexovun Novosyolok sənaye zonasında dron hücumunun bir neçə yanğına səbəb olduğunu və ən böyüyünün anbarda baş verdiyini bildirir. Elektrik yarımstansiyası və inzibati bina da zərər görüb.

Ukrayna bundan əvvəl Penza bölgəsindəki "Wildberries" anbarına dronlarla hücum edib.

İyulun sonlarında Ryazandakı "Wildberries" logistika mərkəzi Ukrayna istehsalı olan FP-1 PUA-ları tərəfindən vurulub. Hücumdan qısa müddət sonra "Wildberries" şirkəti Ryazandakı anbarına girişi məhdudlaşdırdığını elan edib.

İyulun 18-də Tambov və Moskva vilayətlərində onlayn rus pərakəndə satış şirkəti olan "Wildberries"ə məxsus iki logistika mərkəzini dronlarla hədəfə alınıb. Hücum nəticəsində yeddi anbar işçisi həlak olub, daha 25 nəfər yaralanıb.
//unikal.az

Son xəbərlər