Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda dəmir yolunun təhlükəsizlik zonalarında əlavə tədbirlər görüləcək

04.08.2026 19:23 279
Azərbaycanda dəmir yolunun təhlükəsizlik zonalarında əlavə tədbirlər görüləcək
ADY dəmir yolunun təhlükəsizlik zonasında görüləcək tədbirləri açıqlayıb.

Bu barədə "Azərbaycan Dəmir Yollar"ı (ADY) QSC məlumat yayıb.

Bildirilib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası "Dəmir yolunun təhlükəsizlik zonasının müvəqqəti istismar Qaydaları"nı təsdiq edib:

"Bu Qaydalar "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsinə dair Tədbirlər Planı"nda nəzərdə tutulan Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt dəmiryol xətlərinin təkmilləşdirilməsini, Bakıxanov-Binə-Qala, Zabrat-Maştağa-Bağlar, Yeni Suraxanı-Hövsan və Güzdək-Qaradağ dəmiryol xətlərinin bərpası üzrə layihələrin icrasını təmin etmək məqsədilə dəmir yolunun təhlükəsizlik zonasının müvəqqəti istismar qaydalarını əhatə edir".

Qeyd olunub ki, qaydalara əsasən, dəmir yolunun təhlükəsizlik zonası dəmiryol xətlərinin oxlarının soluna və sağına xətboyu 11 metr məsafədə xüsusi istifadə rejimi olan torpaq sahələrinə aid edilir.

O da vurğulanıb ki, ADY tərəfindən təhlükəsizlik zonası daxilində müvafiq dəmiryol xəttinin oxunun soluna və sağına xətboyu 9 metr məsafədə yerləşən, hündürlüyü yer səthindən 2.20 metrdən çox olmayan qoruyucu çəpərlər və ya torlar quraşdırılacaq, həmçinin təhlükəsizlik zonasından insanların, nəqliyyat vasitələrinin və heyvanların təhlükəsiz keçməsi üçün avtomobil yolları ilə (küçələrlə) kəsişmələrdə dəmir yolu üzrə qatarların hərəkət tezlikləri və avtomobillərin hərəkət intensivlikləri nəzərə alınmaqla müxtəlif səviyyəli və yaxud qorunan xüsusi keçid yerləri təşkil ediləcək.

"Təhlükəsizlik zonasının mühafizəsini təşkil etmək üçün təhlükəsizlik zonası videomüşahidə vasitələri ilə təchiz ediləcək və 24/7 rejimində müşahidəsi həyata keçiriləcək. Qaydalara əsasən, təhlükəsizlik zonasında digər təyinatlı qurğuların, bina və tikililərin yerləşdirilməsinə və tikilməsinə yol verilmir.

Sərnişinlərin, eləcə də dəmir yolu infrastrukturu ətrafında yaşayan yüzminlərlə insanın təhlükəsizliyinə xüsusi önəm verən ADY son illərdə dəmiryol infrastrukturunun modernləşdirilməsi və hərəkətin təhlükəsizliyinin artırılması istiqamətində genişmiqyaslı işlər aparılır. Bu məqsədlə mütəmadi maarifləndirmə tədbirləri, xüsusilə təhsil müəssisələrində görüşlər keçirilir, keçidlərdə infrastrukturun təkmilləşdirilməsi və yol nişanlarının yenilənməsi istiqamətində işlər davam etdirilir, həmçinin Abşeron dairəvi dəmir yolu marşrutu və Kürdəmir sahəsində 100 min metr uzunluğunda çəpərləmələr (dəmir torlar) həyata keçirilib", - məlumatda qeyd edilir.скачать dle 11.3
Mojo.az Banner