Mojo.az Banner
22:54 Kennedinin qohumu Rusiyada qiyabi həbs olundu  |     22:46 Tümendən Bakıya uçan təyyarə Ufada məcburi eniş etdi  |     22:44 Bakıdan Yekaterinburqa uçmalı olan təyyarə xarab olub - 24 saatdan çox gecikmə qeydə alınıb  |     21:40 "Fənərbağça" Lukakunu transfer etdi  |     21:30 13:31 saatının mənası nədir?  |     21:07 Ələt-Astara yolunda AĞIR QƏZA: Xəsarət alanlar var  |     20:50 “Tesla” bu problemə görə 20 mindən çox avtomobili geri çağırır: Səbəbi isə bu imiş  |     20:44 İlin ikinci Günəş tutulması başa çatdı (YENİLƏNİB)  |     20:41 "İnter" ingilis futbolçunu transfer etdi  |     20:35 Hörmüz boğazı ilə bağlı GƏRGİNLİK: Trampdan SƏRT AÇIQLAMA  |     20:18 Bloqer Hüseyn Həsənov məhkəmə qərarından şikayət verdi  |     19:50 "Sabah" ABŞ-dən olan basketbolçu Frenki Fidlerin transferini açıqlayıb  |     19:47 Öldüyü açıqlanan futbolçu "morq"da DİRİLDİ  |     19:42 6 yeni “iPhone” modeli hazırlanır  |     19:19 Xocavənddə mina partladı: Xəsarət alanlar var  |     19:06 Ukrayna 26 kəndi geri qaytardı  |     19:01 Yasamalda oğurluq edənlər saxlanıldı  |     18:52 Mingəçevir su anbarında gənc batdı  |     18:42 Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib  |     18:29 "Dinamo"nun baş məşqçisi: "Qarabağ"la matç çox gərgin keçəcək"  |    
Left Banner
Right Banner

Ronaldonun toyuna dəvət edilən məşhurların siyahısı sızdı - Messi də gələcək?

04.08.2026 11:20 228
Ronaldonun toyuna dəvət edilən məşhurların siyahısı sızdı - Messi də gələcək?
Portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqeslə gözlənilən toyu ətrafında yeni iddialar gündəmə gəlib.

Avropa mətbuatında Ronaldo və Corcinanın toy mərasiminə aid olduğu deyilən dəvətnamənin görüntüsü yayılıb. Sənədə əsasən, mərasimin avqustun 1-də Portuqaliyanın Sintra şəhərində yerləşən məşhur "Quinta da Regaleira" sarayında keçirilməsi və qonaqlardan qara geyimdə iştirak etmələrinin istənildiyi bildirilib.

Lakin qısa müddət sonra bu məlumatların həqiqəti əks etdirmədiyi iddia olunub. İspaniya mediası da toyun həmin tarixdə keçirilməyəcəyini yazıb. Üstəlik, qeyd olunan sarayın həmin gün adi qaydada turistləri qəbul etməsi yayılan dəvətnamənin etibarlılığına şübhələri artırıb.

Bununla belə, məlumatlarda Ronaldonun möhtəşəm toy mərasimi təşkil etməyə hazırlaşdığı bildirilir. İddialara görə, qonaq siyahısında futbol və şou-biznes dünyasının tanınmış simaları yer alıb.

Siyahıda Rio Ferdinand, Kilian Mbappe, Vinisius Junior, Vin Dizel, Rihanna, Cennifer Lopes, Dreyk və Trevis Skottun adları çəkilir. Müzakirələrə səbəb olan əsas məqam isə Lionel Messinin də dəvət olunanlar arasında göstərilməsidir. Bu baş verərsə, iki əfsanəvi futbolçu uzun illər davam edən meydan rəqabətindən sonra sosial tədbirdə eyni məkanda bir araya gələ bilər.

Məlumatlara görə, toyun keçirilməsi üçün əsas namizəd məkan hazırda Ronaldonun doğulduğu Madeyra adasıdır. İddia edilir ki, mərasim Funşal Kafedralında baş tuta, daha sonra isə yaxınlıqdakı lüks istirahət mərkəzlərindən birində qapalı qəbul təşkil oluna bilər.

Qeyd edək ki, nə Kriştianu Ronaldo, nə də Corcina Rodriqes toyun tarixi və ya qonaq siyahısı ilə bağlı rəsmi açıqlama verməyib. Bu səbəbdən yayılan məlumatlar hələlik təsdiqlənməyən iddialar kimi qiymətləndirilir.
скачать dle 11.3
Mojo.az Banner