İlham Əliyev: "Azərbaycan və Qırğızıstan bütün təşəbbüslərdə bir-birini bundan sonra da dəstəkləyəcək"
Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov ilə mətbuata birgə bəyanatında bildirib.
Dövlətimizin başçısı vurğulayıb: "Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik".
