Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:27 Bakıda idmançı məşq zamanı öldü  |     16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək  |     15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var  |     15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır  |     14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib  |     14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |     13:09 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib - Foto  |     13:07 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur  |     12:57 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi - Video  |     12:56 Tanınmış xanım professor vəfat etdi  |     12:56 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq?  |     12:41 Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu - Video  |     12:40 Azərbaycan neftinin qiyməti 125 dolları keçdi  |     12:32 Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı  |     12:32 Ararat Mirzoyan Bakıda həbsdə olan ermənilər barədə: "Müraciətlər olunub, lakin nəticə yoxdur"  |    
Mojo.az Avto
Mojo.az Avto

500 nəfər dondurlaraq həyata qayıtmağı gözləyir

30.07.2026 18:50 354
500 nəfər dondurlaraq həyata qayıtmağı gözləyir
Dünyada indiyədək təxminən 500 nəfər kriokonservasiya (kriogen dondurma) prosedurundan keçib.

Onların böyük əksəriyyəti ABŞ-ın Arizona ştatındakı Alkor Həyatın Uzadılması Fondu (Alcor Life Extension Foundation) və Miçiqan ştatındakı Krionika İnstitutu (Cryonics Institute) tərəfindən xüsusi şəraitdə saxlanılır.

Bu şəxslər tibbi və hüquqi baxımdan ölü hesab olunsalar da, onların bədəni və ya yalnız beyni gələcəkdə yenidən həyata qaytarılacaqları ümidi ilə mənfi 196 dərəcə Selsi temperaturunda qorunur. Bu məqsədlə "vitrifikasiya" adlanan xüsusi texnologiyadan istifadə edilir. Proses zamanı orqanizmdəki bioloji mayelər krioprotektor maddələrlə əvəz olunur.

Bu isə hüceyrələrdə buz kristallarının yaranmasının qarşısını alır. Əks halda buz kristalları hüceyrə quruluşunu məhv edə bilərdi. Kriokonservasiya olunan şəxslər maye azotla doldurulmuş xüsusi Dyuar qablarında saxlanılır. Bu konteynerlər aşağı temperaturu qorumaq üçün elektrik enerjisinə ehtiyac duymur. Kriokonservasiya olunan insanlar arasında həm elm və texnologiya sahəsinin tanınmış simaları, həm də adi vətəndaşlar var.

Onların bir qismi prosedurun xərclərini həyat sığortası hesabına ödəyib. Bu siyahıda məşhur beysbolçu Ted Uilyams, ilk bitkoin istifadəçilərindən biri Hal Finni və krionika hərəkatının banisi hesab olunan alim Robert Ettinger də yer alır. Hazırda minlərlə insan kriokonservasiya üçün növbə siyahısındadır. Bu texnologiyanı seçənlər hesab edirlər ki, gələcəkdə nanoteknologiya, süni intellekt və regenerativ tibb kifayət qədər inkişaf etdikdən sonra həm ölümə səbəb olan xəstəliklər, həm də dondurulma prosesinin yaratdığı molekulyar zədələr aradan qaldırıla və bu insanlar yenidən həyata qaytarıla bilər.

Bununla belə, indiyədək kriokonservasiya edilmiş hər hansı bir insanın yenidən həyata qaytarılması elmi cəhətdən mümkün olmayıb və bu yanaşmanın gələcəkdə uğurlu olacağına dair heç bir elmi sübut yoxdur.//sfera.az

Son xəbərlər