Mojo.az Banner
12:15 Hər gün milyon dollarlıq fırıldaq: Türkiyədə azərbaycanlıların da olduğu şəbəkə İFŞA EDİLDİ  |     12:08 Abşeronda üçaylıq körpə boğulub öldü  |     11:55 Əməkdar məşqçi VƏFAT ETDİ - FOTO  |     11:49 Azərbaycanın Gürcüstandakı ilk səfiri vəfat edib  |     11:44 Azərbaycan nefti kəskin ucuzlaşdı  |     11:39 Sabunçuda qadın BIÇAQLANDI: Qayınatası şübhəli bilinir  |     11:33 Dünya bazarında neft BAHALAŞDI  |     11:26 Pavel Durov beynəlxalq axtarışa verildi  |     11:13 Ali məktəblərə qəbul üçün ixtisas seçiminin başlayacağı TARİX BİLİNDİ  |     23:04 Bakıda kişi özünə yeni telefon alan arvadını döydü - Hər mesaja bir sillə  |     22:59 Ruslar yenidən kütləvi şəkildə Ermənistana köçür  |     22:52 Qapıda unudulan açar 5 min manatlıq oğurluqla nəticələndi - Məhkəmə qərarı  |     22:47 İşdən əsassız çıxarıldığını deyən vətəndaşdan QALMAQALLI İDDİA - VİDEO  |     22:39 ChatGPT-ni psixoloq əvəzinə istifadə etmək TƏHLÜKƏLİDİR  |     22:34 Xəyanəti ən çətin bağışlayan bürclər  |     22:25 Hər gün piyada gəzməyin bilmədiyiniz faydaları  |     22:19 2050-ci ildə qorxulu mənzərə: Yoluxma sayı 35 milyona yaxınlaşacaq  |     22:12 Tramp və Zelenski Vaşinqtonda ikitərəfli görüş keçiriblər  |     22:07 Tiktokerin işində ekspert rəyi müsbət qiymətləndirib  |     21:59 Avqustda neçə gün iş olmayacaq?  |    
Left Banner
Right Banner

Qapıda unudulan açar 5 min manatlıq oğurluqla nəticələndi - Məhkəmə qərarı

28.07.2026 22:52 141
Qapıda unudulan açar 5 min manatlıq oğurluqla nəticələndi - Məhkəmə qərarı
Bakıda qonşusunun evindən qızıl-zinət əşyaları və pul oğurlamaqda təqsirləndirilən şəxslə bağlı məhkəmə prosesi başa çatıb.

Qaynarinfo xəbər verir ki, R. Allahverdiyeva Cinayət Məcəlləsinin 177.2.3-cü (oğurluğun yaşayış sahəsinə, habelə binaya, tikiliyə və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaqla törədilməsi) və 177.2.4-cü (oğurluğun xeyli miqdarda ziyan vurmaqla törədilməsi) maddələri ilə təqsirli bilinib.

Məhkəmə materiallarına əsasən, hadisə Bakı şəhərinin Nəsimi rayonunda yerləşən mənzillərdən birində baş verib.

İttihama görə, R. Allahverdiyeva qonşusu R. Rzayevaya məxsus mənzilin giriş qapısının kilidində unudulmuş açarı götürərək özündə saxlayıb. Daha sonra həmin açardan istifadə etməklə mənzilə daxil olub və evdən qızıl-zinət əşyaları ilə pul oğurlayıb.

Mənzildən ümumi dəyəri 5 min manat olan qızıl-zinət əşyaları, eləcə də 350 manat nağd pulun oğurlandığı bildirilib. Oğurlanan əşyalar arasında qızıl sırğalar, üzüklər, boyunbağı və qolbaqların olduğu qeyd edilib.

Məhkəmədə ifadə verən zərərçəkmiş R. Rzayeva bildirib ki, R. Allahverdiyeva ilə qonşuluq münasibətləri olub. O və qızı bir müddət təqsirləndirilən şəxsin uşaqlarına baxıb, bunun müqabilində 150 manat əməkhaqqı alıblar.

Hadisə günü R. Rzayeva evinin qapısının açarını kilidin üzərində unutduğunu sonradan xatırlayıb. Açarı götürmək üçün qapıya yaxınlaşanda isə R. Allahverdiyevanın mənzilə daxil olduğunu görüb.

Zərərçəkmişin sözlərinə görə, açarın harada olduğunu soruşduqda təqsirləndirilən şəxs onu görmədiyini deyib. Lakin sonradan evdəki qızıl-zinət əşyaları və pulun itdiyi məlum olub.

R. Allahverdiyeva məhkəmə iclasında özünü verilmiş ittiham üzrə təqsirli bilib.

O bildirib ki, qonşusu ilə münasibətləri normal olub və onun uşaqlarına baxıb. Hadisə günü qapının üzərində qalan açarı götürdüyünü, lakin həmin vaxt oğurluq etmək niyyətində olmadığını deyib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, sonradan R. Rzayevanın mənzilinə daxil olarkən dolabdakı gödəkçənin cibində qızıl-zinət əşyalarını görüb və onları götürmək qərarına gəlib. O, həmçinin çantadan pul götürdüyünü də etiraf edib.

R. Allahverdiyeva bildirib ki, götürdüyü 285 manat pulu şəxsi ehtiyaclarına xərcləyib, qızıl-zinət əşyalarının qutularını isə evinin yaxınlığındakı tullantı konteynerinə atıb.

Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmişə dəymiş ziyanı ödədiyini və tərəflər arasında barışıq əldə olunduğunu bildirib.

O, himayəsində üç azyaşlı övladının olduğunu qeyd edərək azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə R. Allahverdiyevaya 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.скачать dle 11.3
Mojo.az Banner