Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

İşdən əsassız çıxarıldığını deyən vətəndaşdan QALMAQALLI İDDİA - VİDEO

28.07.2026 22:47 408
İşdən əsassız çıxarıldığını deyən vətəndaşdan QALMAQALLI İDDİA - VİDEO
Vətəndaş Tural Əsgərov "Aura Məişət Texnikası" şirkətində işlədiyi dövrdə əmək hüquqlarının pozulduğunu iddia edir.

Median.Az
Baku TV-yə istinadən xəbər verir ki, o, uzun illər əmək müqaviləsi bağlanmadan çalışdırıldığını və işdən əsassız çıxarıldığını bildirir. "2016-cı ildən "Aura Məişət Texnikası" adlı şirkətdə çalışmışam. 2024-cü ilə qədər əmək müqaviləsi olmadan işləmişəm. Dəfələrlə müqavilə bağlamağı tələb etsəm də, hər dəfə vaxtı uzatdılar. 2024-cü ildən rəsmi işçi kimi fəaliyyətimi davam etdirdim. Lakin sonradan müqaviləmə birtərəfli qaydada xitam verildi və heç bir səbəb göstərilmədi. Sonra mənə 1 092 manat maaş veriləndə hesablamanın düzgün aparılmadığını bildirərək məzuniyyət pulumun da verilməsini tələb etdim. Bir həftə sonra mühasibatlıqdan əlaqə saxlayıb məzuniyyət pulumu götürməyimi istədilər. Oraya getdikdə xanımlar bildirdilər ki, şirkətin Azərbaycandakı icraçı direktoru Səməd bəy deyib: "Əgər Dövlət Sosial Müdafiə Fonduna rəsmi işləmədiyiniz dövrlə bağlı verdiyiniz izahatı geri götürsəniz, 365 manat pulunuzu bərpa edib verəcəyik". Hazırda həmin 365 manat məbləği ödəməkdən imtina edirlər", - deyə T.Əsgərov bildirib.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən qeyd olunub ki, vətəndaş Tural Əsgərovun "Aura Məişət Texnikası" MMC tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı müraciəti quruma daxil olub və hazırda araşdırılır:

"Araşdırma çərçivəsində müəssisəyə müvafiq sorğular göndərilib. Tələb olunan sənədlər tam təqdim edilmədiyindən müəssisə İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi üzrə inzibati xəta haqqında protokolun tərtib edilməsində iştirak etmək üçün dəvət olunub.

Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinə əsasən, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şəxsin işə cəlb olunması qanunvericiliyin pozulmasıdır. Həmçinin faktiki əməkhaqqının düzgün rəsmiləşdirilməməsi, iş vaxtı normalarının pozulması və əmək müqaviləsinə Əmək Məcəlləsində nəzərdə tutulmayan əsasla xitam verilməsi yolverilməzdir. Əmək müqaviləsinə xitam yalnız Əmək Məcəlləsinin 70 və 71-ci maddələrində nəzərdə tutulan əsaslar və qaydalar gözlənilməklə həyata keçirilə bilər".

Son xəbərlər