Mojo.az Banner
Left Banner
Right Banner

Mərdəkanda dənizdə iki nəfər batdı, biri çıxarıldı, digəri axtarılır

28.07.2026 21:53 117
Mərdəkanda dənizdə iki nəfər batdı, biri çıxarıldı, digəri axtarılır
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 700 metr aralı, dənizdə nəzarətsiz ərazidə 2 nəfər batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaş - 2009-cu il təvəllüdlü Rahil Tarıyel oğlu Ağazadə xilas edilib.

Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş - 2009-cu il təvəllüdlü Nurlan Mövlud oğlu İsmayılzadənin batdığı ehtimal edilən istiqamətlərdə axtarışları davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner