Mojo.az Banner
13:55 Mehriban Rəhimliyə hökm oxundu  |     13:44 Sabunçuda lombarddan 22 min manatlıq oğurluq edilib  |     13:12 Azərbaycanda ov mövsümü başlayır - Tarix açıqlandı  |     12:57 Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi  |     12:38 Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq  |     12:28 Məhkəmə ekspertizası ilə bağlı qaydalar dəyişir: Bir istisna var  |     11:47 Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin artdı - Video  |     11:34 Azərbaycanda istilik mövsümü vaxtından əvvəl başlayacaq?  |     11:29 Uşağın ürəyi qəfil dayana bilərmi? – Kardioloqdan XƏBƏRDARLIQ  |     11:26 Kənd yumurtası buna görə bahalaşıb – AÇIQLAMA  |     11:03 Bakıda qadın qətlə yetirildi - Əri saxlanıldı  |     23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Aşur" məscidi muzeyə çevrilib? - RƏSMİ AÇIQLAMA

28.07.2026 19:30 351
Bir qrup vətəndaş Bakının İçərişəhər ərazisində yerləşən “Aşur” məscidinin muzey kimi fəaliyyət göstərməsi və məsciddə ibadətin dayandırılması ilə bağlı narazılıqlarını bildirərək məsələ ilə əlaqədar “Unikal”a müraciət edib.

Müraciətdə qeyd olunur ki, “Aşur” məscidinin əvvəlki dini statusunun bərpası və yenidən ibadət üçün açılması məqsədilə aidiyyəti qurumlara müraciətlər edilsə də, indiyədək müsbət nəticə əldə olunmayıb.

Məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq. Sorğumuza cavabda bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə vətəndaşların vicdan və dini etiqad azadlığının təmin olunmasını mühüm prioritet istiqamətlərdən biri kimi daim diqqət mərkəzində saxlayır və bu sahədə ardıcıl, məqsədyönlü siyasət həyata keçirir:

"Bu istiqamətdə ötən illər ərzində dövlət büdcəsi hesabına, eləcə də Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bir sıra dini ibadət yerləri tikilib, əsaslı təmir və bərpa işləri aparılıb.

“Aşur” məscidi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət tərəfindən mühafizə olunur və UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun tərkib hissəsidir. Abidənin qorunması, konservasiyası və istifadəsi “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun həyata keçirilir.

Qeyd olunan abidə uzun müddət istifadəsiz vəziyyətdə qaldıqdan sonra genişmiqyaslı bərpa və konservasiya işlərinə cəlb edilib, onun memarlıq bütövlüyü, tarixi-planlaşdırma quruluşu, o cümlədən dini-memarlıq elementləri (mehrablar, daş naxışlar, kitabələr və s.) tam şəkildə qorunub. Mövcud ekspozisiya konsepsiyası hazırlanarkən abidənin ilkin funksiyası və dini mahiyyəti xüsusi olaraq nəzərə alınaraq, bu elementlər ekspozisiyanın əsas hissəsi kimi təqdim olunub. Yaradılmış Numizmatika ekspozisiyası yalnız tematik əlavə qat kimi çıxış edir və muzeyin əsas məzmunu məhz abidənin özünün tarixi, memarlıq xüsusiyyətləri və əsrlərboyu icra etdiyi dini funksiyanı izah edir.

Azərbaycan Respublikasının Konstitusiyasına və “Dini etiqad azadlığı haqqında” Qanuna əsasən ölkəmizdə dini etiqad azadlığı tam təmin edilir və dövlət tərəfindən qorunur. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində və ona bitişik zonalarda fəaliyyət göstərən məscidlər vasitəsilə vətəndaşların ibadət ehtiyaclarının təmin olunması üçün kifayət qədər imkanlar mövcuddur.

Müraciətdə qeyd olunan “Aşur” məscidinin və qoruq ərazisindəki digər məscidlərin mövcud istifadə təyinatının dəyişdirilməsi məsələsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətlərinə aid deyildir", - deyə qeyd olunub.скачать dle 11.3
Mojo.az Banner