Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Yaponiyada güclü zəlzələ: Yanğınlar başladı, 50-dən çox yaralı var

28.07.2026 18:13 357
Yaponiyada güclü zəlzələ: Yanğınlar başladı, 50-dən çox yaralı var
Yaponiyanın cənubunda yerləşən Kyuşu adasında 7,1 bal gücündə baş verən zəlzələ ciddi fəsadlara səbəb olub.

Güclü yeraltı təkanlardan sonra bir sıra ərazilərdə yanğınlar başlayıb, yollar, körpülər və binalar zədələnib, on minlərlə ev isə işıqsız qalıb.

Yaponiyanın Baş naziri Sanae Takaiçi bildirib ki, zəlzələnin nəticələri ilə bağlı məlumatlar dəqiqləşdirilir. Onun sözlərinə görə, artıq yaralıların olduğu təsdiqlənib, bəzi yaşayış məntəqələrində elektrik enerjisi kəsilib, infrastruktur ciddi ziyan görüb.

Yerli NHK telekanalının məlumatına əsasən, zəlzələ nəticəsində 50-dən çox nəfər xəsarət alıb. Hazırda bölgədə axtarış-xilasetmə və bərpa işləri davam etdirilir.

Yaponiya Meteorologiya Agentliyi zəlzələdən sonra hündürlüyü 1 metrə çata biləcək sunami təhlükəsi barədə xəbərdarlıq yayıb. Həmçinin Kumamoto, Naqasaki, Kaqoşima, Fukuoka, Saqa, Oita və Miyazaki prefekturalarında fövqəladə zəlzələ xəbərdarlığı elan edilib.

Kyuşu Elektrik Enerjisi Şirkətinin məlumatına görə, təxminən 40 min ev elektrik enerjisiz qalıb. JR Kyushu şirkəti isə təhlükəsizlik məqsədilə yüksək sürətli "Şinkansen" qatarları da daxil olmaqla bütün dəmir yolu reyslərini müvəqqəti dayandırıb.

Zəlzələnin baş verdiyi ərazidə "Sony" və dünyanın ən böyük müqaviləli çip istehsalçılarından biri olan TSMC-nin müəssisələri yerləşir. "Sony" vəziyyəti qiymətləndirdiyini açıqlasa da, TSMC hələlik hadisə ilə bağlı rəsmi açıqlama verməyib.

Yaponiyanın Nüvə Tənzimləmə Qurumu isə bölgədə fəaliyyət göstərən atom elektrik stansiyalarında hər hansı qeyri-adi vəziyyətin qeydə alınmadığını bildirib.

Qeyd edək ki, Yaponiya Sakit okeandakı "Odlu halqa" seysmik qurşağında yerləşdiyi üçün dünyada ən çox zəlzələ baş verən ölkələrdən biridir. 2016-cı ildə Kumamoto prefekturasında baş vermiş güclü zəlzələ nəticəsində 275 nəfər həlak olmuş, 2 739 nəfər yaralanmışdı.

Son xəbərlər