Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Anası tərəfindən zəncirləndiyi deyilən 17 yaşlı oğlan müəssisəyə yerləşdiriləcək

25.07.2026 22:37 441
Anası tərəfindən zəncirləndiyi deyilən 17 yaşlı oğlan müəssisəyə yerləşdiriləcək
Anası tərəfindən zəncirləndiyi deyilən 17 yaşlı oğlan müəssisəyə yerləşdiriləcək.

Bu barədə Trend-ə Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev açıqlama verib.

Onun sözlərinə görə, çətin həyat şəraiti ilə qarşılaşan 17 yaşlı oğlanla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub:

"Yeniyetmənin mövcud vəziyyəti qiymətləndirilib. Aidiyyəti qurumlarla koordinasiyalı şəkildə iş aparılıb və oğlan müvafiq səhiyyə müəssisəsinə yerləşdirilib. Uşağın müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə o, daimi qayğı ilə əhatə olunması üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdiriləcək" - Sərvər Abdullayev bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə uşağın anası tərəfindən zəncirlədiyi barədə məlumat yayılıb. Yayılan məlumata görə, uşaq illərlə bağlı saxlanılaraq normal qidalanmadan, təhsildən və sosial mühitdən məhrum edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli isə mövzu ilə bağlı açıqlamasında uşağın anası tərəfindən uzun müddət zəncirlənmiş vəziyyətdə saxlanılması ilə bağlı məlumatların araşdırıldığını bildirib

Son xəbərlər