Daha bir Türkiyə gəmisi vuruldu - Ölən və yaralılar var
Qara dənizdə Türkiyə gəmisinə dron hücumu nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb.
Məlumata görə, İstanbul limanında qeydiyyatdan keçmiş "Mv Reyhan Sarı" gəmisi kömür yükü ilə Tamandan Trabzona gedirdi. Qeyd olunur ki, hücum Novorossiysk bölgəsində baş verib.
Mərhum mexaniki şöbədə işləyirdi. Yaralılardan üçü ilkin tibbi yardımdan sonra yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Gəmi zədələnib, lakin səyahətinə davam edə bilib və artıq Trabzona çatıb. Gəmidə təhlükəsizlik tədbirləri gücləndirilib, axtarış-xilasetmə əməliyyatları və texniki yoxlama aparılır.