Mojo.az — elanlar
RU
Son Xəbərlər
15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |     13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |    
Mojo.az Avto
Mojo.az Avto

Qətlə cəhd, sərhəd pozuntusu, narkotacirlik: Ağır ittihamlarla məhkəməyə göndərildilər

23.07.2026 19:27 303
Qətlə cəhd, sərhəd pozuntusu, narkotacirlik: Ağır ittihamlarla məhkəməyə göndərildilər
Xüsusilə ağır cinayətlərlə bağlı daha iki cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq məhkəməyə göndərilib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, əvvəllər məhkum olunmuş, cinayət törətməyə meyilli şəxslər arasında Beyləqan rayonunda baş vermiş silahlı insidentlə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində aparılmış araşdırmalar yekunlaşıb:

"Cinayət işləri üzrə ağır və xüsusilə ağır cinayətlərin törədilməsində təqsirləndirilən 5 nəfərin məhkəməyə verilməsi təmin edilib.

Belə ki, cinayət işlərindən biri üzrə aparılmış istintaqla Beyləqan rayonunun Birinci Şahsevən kənd sakini Əhməd Nurəddin oğlu Məmişovun müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmkəndlisi Orxan Ramiz oğlu Bəyzadlını qəsdən öldürməyə iki dəfə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq materiallarına əsasən, əvvəlcə zərərçəkmiş şəxsə yaşayış evinin həyətyanı sahəsində odlu silahdan atəş açılmaqla onun qəsdən öldürülməsinə cəhd göstərilib. Bu niyyət baş tutmadığından sonradan Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində yerləşən "Daşburun" dəmiryol stansiyasının yaxınlığında zərərçəkmiş şəxsə mismarçəkən alətlə çoxsaylı zərbələr endirilməklə həmin cinayət əməlini başa çatdırmağa növbəti cəhd edilib.

Toplanmış kifayət qədər sübutlar əsasında Əhməd Məmişova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.10, 157.2, 221.3, 228.2.1 və 228.2.2-ci, Muxamed (Mukhamed) Abdullayevə isə həmin Məcəllənin 29,120.2.1, 157.2, 221.3 və 228.2.1-ci maddələri ilə ittiham elan edilib.

Digər cinayət işi üzrə isə aparılmış istintaqla Beyləqan rayon sakini Rahil Mənsim oğlu Muradovun müxtəlif vaxtlarda qabaqcadan əlbir olan bir qrup şəxs halında transmilli narkotik qaçaqmalçılığı ilə məşğul olmasına, narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədilə qanunsuz dövriyyəsini təşkil etməsinə, Azərbaycan Respublikasının dövlət sərhədini dəfələrlə qanunsuz keçməsinə, qanunsuz silah dövriyyəsində iştirak etməsinə, odlu silah tətbiq etməklə qərəzli xuliqanlıq törətməsinə və ümumi təhlükəli üsulla zərərçəkmiş şəxslərin sağlamlığına qəsdən ağır zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

İstintaq zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxs müxtəlif vaxtlarda digər şəxslərlə qabaqcadan əlbir olaraq İran İslam Respublikasından külli miqdarda narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirərək satış məqsədilə qanunsuz dövriyyəsini təşkil edib. Bundan başqa, dövlət sərhədini qanunsuz keçdikdən sonra digər şəxslərlə birlikdə odlu silahları, onların komplekt hissələrini və döyüş sursatlarını qanunsuz əldə edib, saxlayıb və daşıyıb, odlu silah tətbiq etməklə qərəzli xuliqanlıq törədib, habelə ümumi təhlükəli üsulla zərərçəkmiş şəxslərin sağlamlığına qəsdən ağır zərər vurub. Həmçinin növbəti qanunsuz dövlət sərhədini keçmə halında digər şəxslə qabaqcadan əlbir olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satış məqsədilə qanunsuz dövriyyəsini həyata keçirməsinə dair kifayət qədər sübutlar toplanıb.

Toplanmış kifayət qədər sübutlar əsasında Rahil Muradova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4, 206.3.1, 206.3.2, 221.3, 228.2.1, 228.2.2, 229.2.1, 234.4.1, 234.4.2, 234.4.3 və 318.1-ci, Ceyhun Əhmədova həmin Məcəllənin 126.2.1, 126.2.4, 221.3, 228.2.1, 228.2.2 və 229.2.1-ci, Samir Məmmədova isə 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilib.

Hər iki cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, ittiham aktları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilməklə baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə və Bakı Hərbi Məhkəməsinə göndərilib.

Son xəbərlər