Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda notariusa CİNAYƏT İŞİ AÇILDI: Hüquqşünas alim mənimsəmədə təqsirləndirilir

23.07.2026 12:29 909
Bakıda notariusa CİNAYƏT İŞİ AÇILDI: Hüquqşünas alim mənimsəmədə təqsirləndirilir
Sabunçu rayonu, Sabunçu qəsəbəsi 4 saylı notariat ofisinin xüsusi notariusu Səbuhi Əliyev barəsində cinayət işi başlanılıb.

Median.Az
"Qafqazinfo"ya istinadla xəbər verir ki, o, külli miqdarda mənimsəmədə ittiham olunur.

Ədliyyə Nazirliyində aparılan daxili araşdırma nəticəsində Səbuhi Əliyevin külli miqdarda vəsaiti mənimsəməsinə əsaslı şübhələr yarandığından onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ilkin araşdırması ilə müəyyən edilib ki, S.Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda vəsaiti mənimsəyib. Ona bu əməlinə görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

Notarius həbs edilməyib. Onun barəsində məhkəməyə qədər polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Məhkəmədə təqsiri sübuta yetirilərsə, dəymiş ziyan ödənilmədiyi halda onu 5 ildən 10 ilə qədər həbs gözləyir.

Qeyd edək ki, internetdəki bioqrafiq məlumatlarında 44 yaşlı Səbuhi Əliyevin 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi aldığı, hüquqşünas alim olduğu qeyd edilir.

Son xəbərlər