Mojo.az Banner
16:21 Qan və alkoqol testlərinə bir milyon manat xərclənəcək  |     16:13 Azərbaycanda nəqliyyat xidmətlərinin həcmi artıb  |     16:07 Şəkidə dörd nəfəri çaqqal dişləyib - FOTO  |     16:00 Günəşdə şiddətli partlayış ehtimalı var  |     15:55 Xaçmazda əməliyyat: Yeddi nəfər həbs edildi  |     15:47 Azərbaycanda son 30 ildə yağıntıların miqdarı azalıb  |     15:46 Məktəb üçün bir uşağa 250-300 manat pul lazımdır – Açıqlama  |     15:44 Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər bu tarixdən arta bilər  |     15:41 Naxçıvanda 250 min manatlıq dələduzluq: Saxlanılan var - FOTO  |     14:24 Şənbə günü 31° isti olacaq  |     14:19 Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxundu  |     14:12 "Ən böyük qiymət artımı Ermənistandadır" - Paşinyan  |     14:08 Xaçmazda 7 nəfər həbs edildi  |     14:02 "Son 10 ildə şagirdlərin savadlılığı artıb" - Məleykə Abbaszadə  |     13:57 Tbilisiyə 53 min sərnişin səfər edib - FOTO  |     13:49 İordaniyaya vizasız getmək mümkün olacaq  |     13:43 Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - VİDEO  |     13:38 Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı  |     13:30 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     13:25 Bakı ermənilərin bu oğurluğuna görə İnterpola müraciət etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Aliment pullarını mənimsəməkdə ittiham olunan vəzifəli şəxs işdən çıxarıldı

14.04.2026 12:52 1 056
Aliment pullarını mənimsəməkdə ittiham olunan vəzifəli şəxs işdən çıxarıldı
Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi Elxan Abbasov və sabiq icra məmuru Səbuhi Hüseynovun qanunsuz əməlləri barədə Ədliyyə Nazirliyindən daxil olmuş material və ayrı-ayrı şəxslərin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, ibtidai istintaqla Elxan Abbasov və Səbuhi Hüseynovun qeyd edilən vəzifələrdə işləyərkən öz qulluq mövqelərindən istifadə edərək 2021-2025-ci illər ərazində borc və aliment tələbi, habelə digər xüsusatlarla bağlı şöbəyə daxil olmuş icra işləri üzrə ayrı-ayrı şəxslərdən tələbkarlara ödəmək adı ilə aldıqları müxtəlif məbləğlərdə olmaqla külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə və rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elxan Abbasov və Səbuhi Hüseynova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə Səbuhi Hüseynov barəsində polisin nəzarəti altına vermə, Elxan Abbasov barəsində isə polisin nəzarəti altına vermə və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.

İş üzrə müəyyən edilmiş maddi ziyanın böyük hissəsinin ödənilməsi təmin edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.скачать dle 11.3
Mojo.az Banner