Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Telegram" 1 milyard istifadəçi üçün kriptocüzdan istifadəyə verəcək

22.07.2026 22:55 360
"Telegram" mesajlaşma platforması tətbiqinə mərkəzləşdirilməmiş kriptovalyuta cüzdanını inteqrasiya etməyə hazırlaşır.

Şirkətin təsisçisi və baş direktoru Pavel Durov bildirib ki, yeni cüzdan bu yayın sonuna qədər istifadəyə veriləcək və tətbiqin ayrılmaz hissəsi olacaq.

Onun sözlərinə görə, yeni həll sayəsində 1 milyarddan çox istifadəçi ani kriptovalyuta köçürmələri həyata keçirə və komissiyasız əməliyyatlardan yararlana biləcək.

"Mərkəzləşdirilməmiş Gram cüzdanı birbaşa "Telegram" tətbiqinə inteqrasiya olunacaq. Beləliklə, ani kriptovalyuta köçürmələri və sıfır əməliyyat haqqı reallığa çevriləcək", - deyə Durov bildirib.

Hazırda "Telegram"da "Wallet" adlı kriptovalyuta cüzdanı mövcuddur və onun 150 milyondan çox istifadəçisi var. Lakin bu xidmət mini-tətbiq kimi fəaliyyət göstərir və bir sıra ölkələrdə istifadə üçün şəxsiyyət təsdiqi (KYC) tələb olunur.

Yeni cüzdan isə birbaşa "Telegram"a inteqrasiya ediləcək. İstifadəçilər əlavə tətbiq yükləmədən və ya ayrıca quraşdırma aparmadan bu funksiyadan istifadə edə biləcəklər. Bu da platformanın bütün istifadəçilərinin avtomatik olaraq kriptovalyuta cüzdanına çıxış əldə etməsi deməkdir.
//valyuta.az

Son xəbərlər