Türkiyədə tanınmış sosial media fenomeni haqqında saxlanılma qərarı verildi
Median.Az bu barədə "Türkiye" qəzetinə istinadən xəbər verir.
Ankara Prokurorluğunun yaydığı məlumatda bildirilir ki, F.Soydaş sosial media hesablarında "əhalinin bir hissəsinin dini dəyərlərini açıq-aşkar təhqir etməkdə" ittiham olunur.
Jurnalist Burak Doğanın verdiyi məlumata görə, F. Soydaşın sosial media hesablarına girişin məhdudlaşdırılması barədə də qərar qəbul edilib.
