Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Qiyamət günü radiosu"ndan yeni 2 SİQNAL

20.07.2026 21:14 354
Rusiyanın UVB-76 radiostansiyası, daha çox "Jujjalka" və ya "Qiyamət günü radiosu" kimi tanınan qısa dalğalı radio növbəti dəfə müəmmalı mesajlar yayımlayıb.

Bu barədə radiostansiyanın fəaliyyətini izləyən "UVB-76 logları" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, iyulun 20-də Moskva vaxtı ilə saat 12:35-də efirdə "arakoqnev" sözü səsləndirilib. Bu söz rus dilində mövcud deyil və lüğəvi mənası yoxdur. Ehtimal olunur ki, bu, xüsusi kod və ya şifrəli siqnaldır.

Saat 14:10-da isə radiostansiya "obrok" sözünü yayımlayıb. "Obrok" tarixi termindir və çar Rusiyası dövründə kəndlilərin torpaq sahibinə pul və ya məhsul şəklində ödədiyi vergi və ya mükəlləfiyyəti ifadə edir.

Qeyd edək ki, UVB-76 qısa dalğalı radiostansiyadır və onun hansı məqsədlə fəaliyyət göstərdiyi barədə rəsmi məlumat yoxdur. Radiostansiyanın təxminən 1970-ci illərdən fəaliyyət göstərdiyi ehtimal edilir.

İnternet istifadəçilərinin bir qismi efirdə səsləndirilən bu cür sirli sözləri dünyada baş verən mühüm hadisələrlə əlaqələndirsə də, bununla bağlı heç bir rəsmi təsdiq mövcud deyil.//sfera.az

Son xəbərlər