Mojo.az Banner
11:55 Tanınmış rəqqas arvadına uşağının yanında zorakılıq etdi - Video  |     11:51 Prezidentin köməkçisi: "Azərbaycan müxtəlif tərəflər arasında səssiz diplomatiya və vasitəçilik təmin edir"  |     11:50 Azərbaycan nefti bahalaşdı  |     11:48 Hikmət Hacıyev: "Prezident Tramp sülh prosesinə öz siyasi nüfuzunu qoydu"  |     11:42 Hikmət Hacıyev: "Yekun sülh üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyirik"  |     11:37 Hikmət Hacıyev: "Ermənistan gəncləri arasındakı revanşizm bizi narahat edir"  |     11:23 Beyləqanda ağır qəza, ölən var  |     11:21 Toyuq əti də bahalaşdı - Video  |     11:13 Kəlbəcərə sulu qar yağıb - Faktiki hava  |     22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq?

20.07.2026 17:24 231
Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq?
"Valideyn-dövlət özəl əməkdaşlığı dövlət məktəbəqədər təhsil müəssisələrinə (bağça) gözləmədə, növbədə olan uşaqların sayını azaldacaq".

Median.Az
"Report"a istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Vəfa Yaqublu jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ötən tədris ilində 86 mindən çox beş yaşlı uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub:

"24 mindən bir qədər çox uşaq isə icma qruplarında məktəbəqədər hazırlığa cəlb olunub. Valideyn-dövlət özəl əməkdaşlığı ilə isə ötən tədris ilində 4 mindən çox uşaq bu maliyyələşmədən faydalana bilib. Artıq bu ilin iyun ayında Azərbaycan Prezidentinin fərmanı ilə valideyn-özəl dövlət tərəfdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi haqqında fərman imzalandı və Nazirlər Kabineti bu modelin qaydasını artıq təsdiq etdi".

V.Yaqublu əlavə edib ki, qaydalar hər bir tərəfin, həm dövlətin, həm iddiaçı adlandırdığımız özəl məktəbəqədər təhsil müəssisəsinin, həm də bundan faydalanan valideyn və onun övladının üzərinə düşən öhdəlikləri müəyyən edir:

"Bir çox ailələr bu təklifdən faydalanacaq. Bu, bir tərəfdən dövlət məktəbəqədər təhsil müəssisələrinə gözləmədə, növbədə olan uşaqların sayını azaldacaq, daha çox uşağın məktəbəqədər təhsilə çıxışını şərtləndirəcək. Digər tərəfdən bu, özəl qurumların inkişafına, potensialının tam şəkildə üzə çıxarılmasına imkan verəcək, bu, həm də yeni iş yerlərinin açılması deməkdir".

MÜTDA rəsmisi, həmçinin qeyd edib ki, dövlət özəl məktəbəqədər təhsil müəssisələrinin təklif etdiyi xidmət haqqının 70%-ni maliyyələşdirəcək:

"Bu maliyyə dəstəyi Bakı şəhərində 350 manatdan, regionlarda isə 250 manatdan çox olmamaq şərti ilə veriləcək. Ayrılan vəsait xidmət haqqının əhəmiyyətli hissəsini qarşılayır. Hesab edirik ki, bir çox ailə bu imkanlardan yararlanacaq".скачать dle 11.3
Mojo.az Banner