Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Hikmət Hacıyev: "Yekun sülh üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyirik"

02.10.2026 11:42 153
Hikmət Hacıyev:
"Ermənistan Konstitusiyasının dəyişdirilməsi, xüsusən də Azərbaycana qarşı ərazi iddialarının çıxarılması kimi son yekun məqamı gözləyirik".

Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstanı (CAMCA) birləşdirən regional liderlərin illik görüşü - CAMCA Regional Forumunda deyib.

O bildirib ki, bundan sonra yekun sülhün imzalanması və ya yekun sülh sazişi bir reallığa çevriləcək:

"Qafqazda sülh və təhlükəsizliyə nail olmuşuq. Əgər Qafqazda təhlükəsizlik və sülh təmin olunmasaydı, ehtimal ki, bölgəmizdə daha fərqli proseslər və fərqli reallıqlarla qarşılaşa bilərdik. Çünki daha geniş Yaxın Şərq regionunda gördüyümüz qeyri-sabitlik potensial olaraq bizim regiona da yayıla bilərdi. Bura öz immun sisteminə malikdir və uzun illər davam edən Ermənistan-Azərbaycan münaqişəsi artıq həll olunub. Azərbaycan da Yaxın Şərqdəki regional proseslərdən narahatdır. Mövcud durğunluğun dinc və danışıqlar yolu ilə həlli üçün hər hansı bir perspektiv görmədiyimizə görə təəssüf edirik. Lakin biz özümüzü ətraf regionda uzunmüddətli ehtimal olunan qeyri-sabitliyə qarşı hazırlayırıq".скачать dle 11.3
Mojo.az Banner