Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Yasamalda məhəlləyə qoyulan şlaqbaumu FHN sökdürsə də, sakinlər yenidən quraşdırıb - FOTO

17.07.2026 20:59 384
Yasamalda məhəlləyə qoyulan şlaqbaumu FHN sökdürsə də, sakinlər yenidən quraşdırıb - FOTO
Yasamalda vətəndaş özbaşınalığı onun qonşularına baha başa gəlir.

Paytaxtın Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsində yeni tikilən göydələnlə onun paralelindəki tikilinin arasında şlaqbaum quraşdırılıb. Saytın qaynar xəttinə şikayət edən Yasamal sakini bildirir ki, quraşdırılan şlaqbaumla bağlı dəfələrlə müvafiq qurumlara şikayət etsə də, sonda yalnız Fövqəladə Hallar Nazirliyi məsələyə əl atıb. Hətta qurumun müraciəti əsasında 157 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən şlaqbaum yığışdırılıb. Lakin bir müddət sonra ərazidə yaşayan Rəşad Rüstəmov, Elşən Həsənov və digər sakinlər tərəfindən şlaqbaum yenidən quraşdırılıb.

Hətta may ayında yenidən quraşdırılan şlaqbaum üçün aidiyyəti qurumlara müraciət də edib. Buna baxmayaraq, hələ də hansısa qurum tərəfindən reaksiya verilməyib. Vətəndaş iddia edir ki, aidiyyəti qurumlardan birinin əməkdaşı ona şlaqbaumun heç vaxt sökülməyəcəyini də deyib.

Bununla yanaşı, şikayətçi qeyd edib ki, yaranmış vəziyyətlə bağlı hətta Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyinə də məktub ünvanlayıb. Buna baxmyaraq, hələ də icra başçısı vətəndaşı qəbul etməyib.

Son xəbərlər