Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

“Səbail”dən transfer qadağası ilə bağlı açıqlama

17.07.2026 20:17 363
“Səbail”dən transfer qadağası ilə bağlı açıqlama
FIFA-nın I Liqa təmsilçisi "Səbail” klubuna transfer qadağası qoyması ilə bağlı məlumatlara paytaxt təmsilçisi rəsmi reaksiya verib.

Klubdan verilən açıqlamada belə bir qərarın mövcudluğu təsdiqlənsə də, məsələnin artıq hüquqi müstəvidə həll olunduğu bildirilib:

"Bəli, bu barədə müvafiq qərar mövcuddur. Bununla yanaşı bildiririk ki, "Səbail” PFK tərəfindən futbolçu Mustafa Yakubuya olan bütün əməkhaqqı öhdəlikləri 9 iyun tarixində tam həcmdə yerinə yetirilmiş, tərəflər arasında qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilmişdir.

Qeyd edirik ki, futbolçu müvafiq quruma müraciətini ödəniş həyata keçirilməzdən əvvəl etdiyi üçün sözügedən qərar qəbul edilmişdir.

Hazırda qərarın ləğv edilməsi istiqamətində bütün zəruri hüquqi və inzibati prosedurlar icra olunur. Borcun tam ödənilməsini təsdiq edən bütün rəsmi sənədlər aidiyyəti quruma təqdim edilib. Mövcud vəziyyət nəzərə alınaraq, 3-4 gün ərzində sözügedən qərarın ləğv ediləcəyi gözlənilir. Heç bir narahatlığa əsas yoxdur, heç bir borcdan söhbət gedə bilməz”.

Xatırladaq ki, buna səbəb "dənizçilər”in futbolçusu Mustafa Yakubuya qarşı maliyyə öhdəliyini yerinə yetirə bilməməsi olub. Problemi həll edilməyən oyunçu FIFA-ya müraciət edib. Ali futbol qurumu Yakubunun şikayətini araşdırdıqdan sonra onu haqlı sayıb və "Səbail”ə transfer cəzası verib.

Son xəbərlər