Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

Çingiz Əsgərov Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı işi üzrə qərarına etiraz edib

19.06.2026 22:01 585
Çingiz Əsgərov Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı işi üzrə qərarına etiraz edib
Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məhkəmənin "V.T. və digərləri Azərbaycana qarşı" işi üzrə 18 iyun 2026-cı il tarixli qərarını tənqid edib.

Median.Az
"Report"a istinadən xəbər verir ki, C.Əsgərovun bununla bağlı yaydığı bəyanatda sözügedən qərarın ədalətsiz, qərəzli və beynəlxalq hüququn prinsiplərinə zidd olduğu bildirilib.

Qeyd olunub ki, AİHM iş üzrə qərar qəbul edərkən hadisələrin bütün hallarını hərtərəfli araşdırmayıb və kifayət qədər mötəbər sübutlara əsaslanmayıb.

Bəyanatda AİHM-nin qərarda Azərbaycanın etirazlarına baxmayaraq, ölkənin suverenliyi və ərazi bütövlüyü ilə ziddiyyət təşkil edən terminologiyadan istifadə etməsi də tənqid olunub, qondarma "DQR"ə və onun müxtəlif strukturlarına istinadların beynəlxalq səviyyədə tanınmayan separatçı quruma legitimlik görüntüsü yaratdığı bildirilib.

Səlahiyyətli nümayəndə qeyd edib ki, AİHM-nin daha əvvəl "Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə qəbul etdiyi qərarda Ermənistanın Azərbaycanın işğal olunmuş əraziləri üzərində faktiki nəzarəti qeyd edilsə də, son qərarda həmin ərazilərin "DQR" kimi təqdim olunması hüquqi baxımdan ziddiyyətli görünür.

Bəyanatda, həmçinin qərarın qəbul edilməsi zamanı Ermənistan vətəndaşı olan hərbçinin Azərbaycan ərazisində xidmət keçməsinin səbəblərinin araşdırılmadığı, eləcə də iş materiallarının Ermənistan tərəfindən təqdim edilməsinin diqqətdən kənarda saxlanıldığı vurğulanıb.

Azərbaycan tərəfi qərarın faktların birtərəfli qiymətləndirilməsi əsasında qəbul edildiyini, Ermənistanın təqdim etdiyi materiallara üstünlük verildiyini və Azərbaycanın mövqeyinin lazımi səviyyədə nəzərə alınmadığını bildirib.

AİHM-nin qərarının kompensasiya ilə bağlı hissəsi də tənqid olunaraq qeyd edilib ki, məhkəmə bu məsələdə əvvəlki presedentlərdən fərqli yanaşma sərgiləyib və bu, qərarın obyektivliyi ilə bağlı suallar yaradır.

Ç.Əsgərov AİHM-in qərarında əks olunan nəticələrin qəti şəkildə rədd edildiyini vurğulayaraq, Azərbaycan tərəfinin bu qərara münasibətdə bütün mümkün hüquqi və prosessual mexanizmləri nəzərdən keçirəcəyini bildirib.скачать dle 11.3
Mojo.az Banner