Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Yol polisi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi

13.07.2026 19:56 297
Yol polisi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi
Nasaz avtomobillər nəqliyyatın sıxlığına gətirib çıxarır.

Bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli Bakıda keçirilən "Təhlükəsiz mobilliyə doğru" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, sürücülər nasaz halda olan nəqliyyat vasitələrini idarə etməməlidir: "Bu gün baş verən yol-nəqliyyat hadisələrinin səbəblərindən biri texniki nasazlıqdır. Eyni zamanda, bu hal xüsusilə paytaxtda daha çox sıxlığa gətirib çıxarır. Avtomobil idarə edərkən baxırsınız ki, sıxlıqdır. Bir az irəlilədikdən, müəyyən məsafə qət etdikdən sonra görürük ki, bir avtomobil hərəkətin intensiv olduğu yolda dayanıb və demək olar ki, bir zolağı bağlayıb. İstər-istəməz həmin zolaqla gedən nəqliyyat vasitələri məcbur olaraq digər zolağa keçməli olurlar. Bu, saniyəlik dayanmalara, sıxlığın yaranmasına səbəb olur və hətta ağır nəticəli yol-nəqliyyat hadisələrinə gətirib çıxarır".

"Nəqliyyat vasitələrinin sazlığına diqqət yetirmək lazımdır. Avtomobildəki detalların əksəriyyətinin bir-birinə zəncirvari bağlılığı var. Bu, həm xərci artırır, həm də gözləmədiyiniz bir anda, harasa tələsdiyiniz zaman sizi yolda qoya bilər. Ona görə mütləq şəkildə vaxtı-vaxtında nəqliyyat vasitələri texniki baxışa təqdim olunmalıdır. Ümumilikdə, son olaraq deyim ki, nasaz nəqliyyat vasitəsinin istismarı da bir yol hərəkəti qayda pozuntusudur. Ona görə də hər bir sürücü bu məsələlərdə diqqətli olmalıdır, buna adi yanaşmaq olmaz. Nəzərə almaq lazımdır ki, ani diqqətsizlik böyük hadisələrin baş verməsinə gətirib çıxara bilər".скачать dle 11.3
Mojo.az Banner