Mojo.az Banner
11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |    
Mojo.az Avto
Mojo.az Avto

İş adamının oğlu keçmiş xanımının pulunu vermədi - Ölkədən çıxışına "stop" qoyuldu

09.07.2026 20:58 405
İş adamının oğlu keçmiş xanımının pulunu vermədi - Ölkədən çıxışına
Azərbaycanda tikinti sektorunda fəaliyyət göstərən biznesmenin oğlunun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulub.

Gürcüstan vətəndaşı olan biznesmen Şöhrət Əliyevin oğlu, 1990-cı il təvəllüdlü Nəsimi Şöhrət oğlu Əliyevlə bağlı məhkəmə qərar qəbul edib. O, 2024-cü ildə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qərarı icra etməməkdə ittiham olunur.

Məhkəmə qərarına əsasən, Nəsimi Əliyevə məxsus "Lexus LX 570", "Audi RS 7" və "BMW M4" markalı, müvafiq olaraq "SA", "EG" və "EV" dövlət qeydiyyat nişanlı avtomobillərin satışından əldə edilən vəsait boşandığı həyat yoldaşı R.T. ilə 1/2 nisbətində bölünməlidir.

Lakin qərarın qəbulundan bir ildən artıq vaxt keçməsinə baxmayaraq, məhkəmə qərarı Nəsimi Əliyev tərəfindən icra olunmayıb.

Məhkəmə iclasında bildirilib ki, biznesmen Şöhrət Əliyev də oğlunun öhdəliyinə görə keçmiş gəlininə hər hansı ödəniş etmək niyyətində deyil. Bunun səbəbi kimi keçmiş gəlinin onun barəsində müxtəlif dövlət orqanlarına, o cümlədən polis və vergi orqanlarına şikayət etdiyi göstərilib.

Həmçinin qeyd olunub ki, borclunun daimi yaşamaq məqsədilə ölkəni tərk etmək niyyəti yoxdur. Bildirilib ki, atası Gürcüstan vətəndaşı olsa da, Şöhrət Əliyev Azərbaycanda yaşayır, biznes fəaliyyəti ilə məşğuldur və Qarabağda tikinti işləri həyata keçirir.

Məhkəmənin hökmü ilə Nəsimi Əliyevin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. Qərardadın dərhal icra olunması barədə göstəriş verilib.
//qaynar.azскачать dle 11.3
Mojo.az Banner