Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda bu şəxslər işləmədikləri halda maaş alacaqlar

09.07.2026 19:04 312
Azərbaycanda bu şəxslər işləmədikləri halda maaş alacaqlar
Yay mövsümündə havanın həddindən artıq isti keçməsi açıq havada çalışan şəxslərin sağlamlığı və təhlükəsizliyi üçün ciddi risklər yaradır. Bu səbəbdən yüksək temperatur şəraitində əmək fəaliyyətinin təşkili ilə bağlı xüsusi qaydalar və məhdudlaşdırıcı tədbirlər tətbiq edilir. Həm işçilərin sağlamlığının qorunması, həm də istehsalatda təhlükəsizliyin təmin edilməsi məqsədilə müəyyən temperatur hədlərində iş rejimi dəyişdirilir və zəruri hallarda işlər müvəqqəti dayandırılır.

İstilərdə açıq havada işləyənlər üçün hansı məhdudlaşdırıcı tədbirlər görülür? Havanın temperaturu neçə dərəcəni keçdikdən sonra işlər dayandırılır?

Median.Az xəbər verir ki, Globalinfo.az-a danışan vəkil Ramil Süleymanov işçilərin təhlükəsizliyinin nəzərə alınmalı olduğunu bildirib:

“Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, açıq havada iş görülən zaman havanın temperaturu 14 dərəcədən aşağı və ya 41 dərəcə və daha yuxarı olduqda işçilər üçün xüsusi əmək şəraiti təmin edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 233.2-ci maddəsinə və Məcəlləyə əlavə edilmiş 2 saylı əlavəyə əsasən, açıq səma altında çalışan işçilərin fasilələrlə işləməsi, kölgədə və ya sərin yerdə istirahət etməsi üçün müvafiq şərait yaradılması işəgötürənin vəzifəsidir”.

Vəkil qeyd edib ki, yüksək temperatur zamanı işləməyənlərə maaş verilməlidir:

“Qeyd edim ki, havanın temperaturunun 41 dərəcə və ya ondan yuxarı olması səbəbindən işçilər iş yerinə gəlsələr də, əmək funksiyalarını yerinə yetirə bilmədikləri halda bu müddət onlara boşdayanma kimi rəsmiləşdirilə bilməz. Bu halda qanunvericiliyə uyğun olaraq həmin işçilərə həmin gün üçün tarif (vəzifə) maaşının üçdəiki hissəsi məbləğində əməkhaqqı ödənilməlidir”.скачать dle 11.3
Mojo.az Banner