Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

FHN "Sədərək" MMC-yə məxsus restoranda pozuntu aşkarladı - Cərimə olundu

09.07.2026 16:59 360
FHN
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən "Sədərək" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus restoranda (klubda) yoxlama aparılıb.

Qaynarinfo-nun məlumatına görə, nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Həsənov Vəfadar İbad oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

Obyektdə plan üzrə (növbəti) yanğın-texniki müayinə zamanı müəyyən edilib ki, klubun ərazisi yanğın zamanı insanların xəbərdar edilməsi üçün avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu ilə təmin edilməyib. Həmçinin obyektin daxilinə çəkilmiş elektrik xətlərinin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb, yanğın zamanı insanların və qiymətli əşyaların təxliyəsi üçün "Təxliyə" planı tərtib olunmayıb, daxili elektrik xətləri EQQQ-nin tələblərinə uyğun istismar edilməyib, təxliyə yolları yanğın təhlükəsizliyi tələblərinə uyğun saxlanılmayıb, daşınmaz əmlak yanğın və digər risklərdən icbari qaydada sığortalanmayıb. Bundan başqa, obyektin daxili divarları yanğın təhlükəsizliyi tələblərinə zidd olaraq yanar və yandıqda zəhərli qazlar ayrılan sintetik materiallarla üzlənib, eləcə də layihə-smeta və şəhərsalma sənədlərinin yanğın təhlükəsizliyi tələblərinə əməl olunması baxımından razılaşdırılması təmin edilməyib.

Məhkəmədə MMC-nin rəhbəri özünü təqsirli hesab etməyib və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən tərtib edilən inzibati xəta haqqında protokolun əsassız olduğunu bildirib. O, müəssisənin 1994-cü ildən fəaliyyət göstərdiyini və bu müddət ərzində yanğın təhlükəsizliyi ilə bağlı hər hansı problem və ya hadisənin baş vermədiyini deyib. Rəhbər sonuncu yoxlamanın aparılması barədə məlumatı olmadığını da qeyd edib.

Məhkəmənin hökmü ilə MMC-nin qanuni təmsilçisi İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinib və barəsində 350 manat məbləğində cərimə tətbiq edilib.скачать dle 11.3
Mojo.az Banner