Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |    
Mojo.az Avto
Mojo.az Avto

Paşinyan: "TRIPP layihəsi İranın da maraqlarına cavab verir"

09.07.2026 16:38 612
Paşinyan:
"TRIPP layihəsi gizli məqsədlər daşımır və region ölkələrinin, o cümlədən İranın maraqlarına cavab verir".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib:

"Ermənistanın blokadadan çıxmalıdır və region da blokadadan çıxmalıdır. Bu isə avtomobil və qatarların hərəkətini, elektrik enerjisi, ehtimal ki, neft, qaz boru kəmərlərinin və kabellərin tranzitini nəzərdə tutur. Burada narahatedici nə ola bilər ki? Biz tam şəffaf fəaliyyət göstəririk, yaranan hər bir sualı cavablandırmağa qadirik və buna hazırıq. Müvafiq mesajı da artıq diqqətə çatdırmışıq. Narahatlıq anlaşılandır, lakin onun konkret səbəblərini ifadə etmək gərəkdir".

"Biz əminik ki, bütün narahatlıqlar aradan qalxacaq. Həmçinin tərəfdaşlarımızla - İran, Rusiya, Gürcüstan, Azərbaycan, Türkiyə, Avropa İttifaqı, Mərkəzi Asiya dövlətləri və Çinlə əməkdaşlığı davam etdirəcəyik. Bu qlobal bir layihədir və zamanla əhəmiyyəti, dəyəri daha da artır. Biz isə onun icrasına bir an öncə başlamaq istəyirik. Anladığım qədər ABŞ də bunu istəyir. İndi normal prosedurları təmin etmək lazımdır ki, ümid edirəm, bu il, payızda artıq yerdə ilk işlər həyata keçirilsin. Yeri gəlmişkən, çox vacibdir ki, TRIPP layihəsi çərçivəsində, birbaşa olmasa da, bu prosesin həyata keçirilməsi nəticəsində biz Fars körfəzindən Qara dənizə qədər dəmir yolunu açacağıq. Bununla Ermənistan ilə İran arasında ticarət-iqtisadi əlaqələrin imkanları əhəmiyyətli dərəcədə genişlənəcək. İran İslam Respublikasının ticarət-iqtisadi imkanları əhəmiyyətli dərəcədə genişlənəcək. Yəni bu detalları nəzərə alaraq, TRIPP layihəsinin gerçəkləşməsi birbaşa İran İslam Respublikasının da maraqlarına xidmət edir", - deyə Paşinyan bildirib.

Son xəbərlər