Mojo.az — elanlar
Son Xəbərlər
15:35 Qalmaqallı generalın polkovnik dostuna qarşı 200 minlik ittiham - TTM-də mütəşəkkil korrupsiya  |     15:18 Hindistanla əməkdaşlıq yeni mərhələyə keçir: Azərbaycan nə qazanacaq?  |     15:14 Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu  |     15:09 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu - Təfərrüat  |     15:08 Nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır  |     14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |     14:10 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib  |     14:07 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək  |     14:05 Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ  |     13:58 Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq  |     13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |     13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |     12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |     12:43 Azərbaycanın dövlət büdcəsində kəsir artacaq  |     12:41 Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır  |     12:38 Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Paşinyan: "Regionun blokadadan çıxarılması bütün ölkələrin maraqlarına xidmət edəcək"

14.08.2025 12:15 1 164
Paşinyan:
"Hesab edirəm ki, saziş və bəyannamə İran və Rusiya üçün kifayət qədər nəzərəçarpacaq faydaları ehtiva edir. Çünki əgər bu saziş reallaşdırılarsa və həyata keçirildiyi təqdirdə, məsələn, İran Fars körfəzindən Qara dənizə qədər dəmiryolu üzrə çıxış əldə edəcək. Həm Rusiya, həm də İran iki ölkə arasında dəmir yolu əlaqəsi yarada biləcək".

Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan "Fox News" telekanalına müsahibəsində deyib.

"Demək istədiyim odur ki, əgər bu sazişin iqtisadi tərəfinə diqqət yetirilsə, o zaman təkcə Ermənistan, Azərbaycan, ABŞ və Türkiyə deyil, həmçinin Rusiya və İran çox mühüm və həqiqətən nəzərəçarpan, faktiki olaraq misligörünməmiş faydalar əldə edəcəklər. Çünki indi Cənubi Qafqazdan İranı Rusiya ilə birləşdirən dəmiryol xətti yoxdur.

Ona görə də mən bunu bütün ölkələrə, o cümlədən, yeri gəlmişkən, bütün beynəlxalq ictimaiyyətə - beynəlxalq sabitlik və təhlükəsizlik üçün əhəmiyyətli fayda gətirə biləcək çox mühüm saziş hesab edirəm", - deyə Paşinyan qeyd edib.

Son xəbərlər