Mojo.az Banner
17:04 Sumqayıtda zəhərlənən 21 şagird xəstəxanadan evə buraxılıb  |     17:01 Azərbaycanda dörd qanun ləğv ediləcək  |     16:56 Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi  |     16:46 Bakı-Tbilisi sərnişinlərinə şad xəbər: Biletlər satışdadır - FOTO  |     16:29 Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirildi  |     16:26 Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?  |     16:11 16 yaşlı qıza sataşan şəxs həbs olundu  |     16:03 Keçmiş həyat yoldaşına zorakılıq edən rəqqası hansı cəza gözləyir? - Vəkildən açıqlama  |     15:50 Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı  |     15:46 58 yaşlı kişi sevdiyi qadını alan şəxsi armaturla döydü  |     15:25 Yeni virus Azərbaycana da gələ bilər – Həkimdən xəbərdarlıq  |     15:20 Qalmaqallı şirkətin əməkdaşı külli miqdarda narkotiklə tutulub  |     15:17 Bu tərəvəzin ixracı artdı: Qiymətlər bahalaşacaq  |     15:00 Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı ikinci cinayət işi açıldı  |     14:56 “Müəllim belə addım atmamalıdır” – Deputatdan AÇIQLAMA  |     14:48 Azərbaycanda dövlət sərhəddini pozan 20 nəfər saxlanıldı  |     14:45 Rusiyada Azərbaycandan gətirilən qida məhsulları müsadirə olunaraq məhv edilib  |     14:43 Azərbaycan - Litva oyununun hakimləri açıqlandı  |     14:42 Bakıda qarajdan meyit tapıldı  |     14:41 Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar  |    
Mojo.az Avto
Mojo.az Avto

Milyardlar qazandıracaq layihə: Azərbaycan İran və Rusiyanı birləşdirən MƏRKƏZƏ ÇEVRİLİR

27.10.2023 15:09 1 506
Milyardlar qazandıracaq layihə: Azərbaycan İran və Rusiyanı birləşdirən MƏRKƏZƏ ÇEVRİLİR
Rusiya və İran 2024-cü ilin mart ayına qədər iki ölkədən idxal olunan mallar üçün rüsumları aradan qaldırmağa razılaşıblar.

Bu barədə oktyabrın 24-də İran-Rusiya Birgə Ticarət Palatasının üzvü Kambiz Mirkazemi məlumat verib.

“İran və Avrasiya ölkələri arasında münasibətlərin kommersiya inkişafı ilə əlaqədar olaraq, operatorların gömrük, tariflər və rəqabətli bazar sahəsində problemləri ilin sonuna kimi həll olunacaq”, - deyə o bildirib.

Mirkazemi, həmçinin deyib ki, azad ticarət sazişinin həyata keçirilməsi üçün infrastruktur İran və Rusiya danışıqlarında yüksəksəviyyəli qarşılıqlı anlaşma sayəsində sürətli templə yaradılır.

Məlumdur ki, Rusiya ilə İranı birləşdirəcək ən unikal kommunikasiya xətti Şimal-Cənub dəhlizidir. Bu dəhliz isə Azərbaycandan keçir.

Elə isə İranla Rusiya arasındakı bu anlaşmanın Azərbaycana hansı iqtisadi və siyasi faydaları ola bilər?

Mövzu ilə bağlı Bizim.media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Beynəlxalq aləmdən iqtisadi sanksiyalar hesabına təcrid olan ölkələrin bir-birinə çox böyük ehtiyacı var:

“İş elə gətirib ki, bu iki ölkəni birləşdirəcək ən sərfəli nəqliyyat dəhlizi Azərbaycan üzərindən keçir. Ona görə də Rusiya ilə İran arasındakı bu razılaşmanın Azərbaycana çox böyük faydası ola bilər. Təkcə tranzit daşımalarından Azərbaycanın dövlət büdcəsi yüz milyonlarla dollar qazanacaq”.

Akif Nəsirli bu layihənin Azərbaycana gətirəcəyi siyasi dividendlərdən də danışıb:

“Məlumdur ki, Rusiya və İranın maraqları heç də hər zaman Azərbaycanın maraqları ilə üst-üstə düşmür. Ona görə də bu layihənin reallaşacağı təqdirdə Azərbaycan böyük ölçüdə siyasi dividend əldə edəcək. Nə qədər ki, həm İran, həm Rusiya Azərbaycana ehtiyac duyacaq, bir o qədər məcburdurlar ki, Azərbaycanla münasibətləri normal saxlasınlar.

Bir sözlə bu iki dövlət arasında iqtisadi əlaqələrin dərinləşməsi, ticarət dövriyyəsinin artması Azərbaycana həm siyasi, həm də iqtisadi dividend gətirə bilər. Ona görə də iki qonşu dövlət arasında reallaşacaq bu layihə Azərbaycan üçün müsbət tendensiyadır və bizim milli və dövlət maraqlarımıza tam uyğundur”.скачать dle 11.3
Mojo.az Banner