Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

MSK Qaqik Tsarukyan ilə bağlı qərarını AÇIQLADI

08.07.2026 18:23 342
MSK Qaqik Tsarukyan ilə bağlı qərarını AÇIQLADI
Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) iş adamı və "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan barəsində cinayət təqibinə razılıq verilməsi ilə bağlı Baş Prokurorluğun təqdimatını geri qaytarıb.

Sfera.az xəbər verir ki, qərar MSK-nın iyulun 8-də keçirilən növbəti iclasında qəbul edilib.

Bildirilib ki, Ermənistan Baş Prokurorluğu parlament seçkilərinin nəticələri yekunlaşdıqdan sonra bəzi deputatlığa namizədlər barəsində cinayət təqibinə başlanılması və bəzilərinin azadlıqdan məhrum edilməsinə razılıq verilməsi üçün MSK-ya təqdimatlar göndərmişdi. Lakin seçkilərin nəticələrinin Konstitusiya Məhkəməsində mübahisələndirilməsi ilə əlaqədar iş yükünün çoxluğu səbəbindən həmin təqdimatlara baxılmamışdı.

MSK-nın açıqlamasına görə, Qaqik Tsarukyan artıq deputatlığa namizəd statusuna malik olmadığı üçün komissiyanın onun barəsində cinayət təqibinə və ya həbsinə razılıq vermək səlahiyyəti yoxdur. Bu səbəbdən təqdimat Baş Prokurorluğa geri qaytarılıb.

Qeyd edək ki, Baş Prokurorluğun təqdimatı 23 iyun tarixində daxil olmuşdu və Tsarukyan barəsində ictimai cinayət təqibinin başlanmasına razılıq verilməsi tələb edilirdi.

MSK xatırladıb ki, Ermənistanın Seçki Məcəlləsinə əsasən, deputatlığa namizəd statusundan irəli gələn hüquq və təminatlar seçkilərin nəticələrinin mübahisələndirilməsi müddəti başa çatanadək, nəticələr məhkəmədə mübahisələndirilərsə isə Konstitusiya Məhkəməsinin qərarınadək qüvvədə qalır. Bu müddət 2026-cı il iyulun 4-də başa çatıb. Buna görə də Tsarukyan artıq deputatlığa namizəd hesab edilmir və məsələ MSK-nın səlahiyyət dairəsinə daxil deyil.

Son xəbərlər