Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:34 İrana qaz Azərbaycandan keçəcək? - Rusiya danışıqların təfərrüatını açıqladı  |     18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |     17:53 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb  |     17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |     17:06 İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü  |     16:49 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı  |     16:47 Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı  |     16:45 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi  |     16:39 Borca görə hansı əmlaklara həbs qoyula bilər? – AÇIQLAMA  |     16:27 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman  |     16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |     15:16 İranda şəhər başçısı güllələndi  |     15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |     15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |     14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda qadın “Massimo Dutti”, “Oysho” və “Stradivarius”dan bahalı paltarlar oğurlayıb

08.07.2026 14:45 573
Bakıda qadın “Massimo Dutti”, “Oysho” və “Stradivarius”dan bahalı paltarlar oğurlayıb
Bakıda “Crescent Mall” və “28 Mall” ticarət mərkəzlərində fəaliyyət göstərən “Massimo Dutti”, “Oysho” və “Stradivarius” mağazalarından ümumilikdə 4345 manat dəyərində paltar oğurlayan 1984-cü il təvəllüdlü qadın cinayət məsuliyyətinə cəlb olunub.

Bəturə Eyvazova (ad-soyad şərtidir) sözügedən mağzalara daxil olarkən paltarların üzərinə bərkidilmiş mühafizə qurğusunu (maqnit) özü ilə gətirdiyi xüsusi texniki vasitə olan dəmir alətlə söküb.

Məlum olub ki, 42 yaşlı qadın maqniti açan açarı Bakıda mağazaların birindən 20 manat ödəyərək əldə edib.

Məhkəmə istintaqı zamanı Bəturə Eyvazova ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, oğurladığı paltarları tanıdığı şəxslərə satdığını bildirib.

Məlum olub ki, Bəturə həmin adamlara sözügedən mağazalarda rəfiqələrinin işlədiyini, paltarları endirimlə ala biləcəyini deyib. Paltar almaq istəyən şəxslər isə sadəcə, həmin mağazalara baxış keçirib bəyəndikləri paltarların şəklini çəkərək Bəturəyə göndərməli imiş.

Bəturə Eyvazova növbəti oğurluqdan sonra “28 Mall” ticarət mərkəzinin qapısında təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. 

Məhkəmənin hökmünə əsasən, 42 yaşlı qadının azadlığı üç il müddətinə məhdudlaşdırılıb.
Qeyd edək ki, adıçəkilən mağazalar eyni şirkətin struktur bölməsidir.
//ann.az

Son xəbərlər