Mojo.az Banner
11:55 Tanınmış rəqqas arvadına uşağının yanında zorakılıq etdi - Video  |     11:51 Prezidentin köməkçisi: "Azərbaycan müxtəlif tərəflər arasında səssiz diplomatiya və vasitəçilik təmin edir"  |     11:50 Azərbaycan nefti bahalaşdı  |     11:48 Hikmət Hacıyev: "Prezident Tramp sülh prosesinə öz siyasi nüfuzunu qoydu"  |     11:42 Hikmət Hacıyev: "Yekun sülh üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyirik"  |     11:37 Hikmət Hacıyev: "Ermənistan gəncləri arasındakı revanşizm bizi narahat edir"  |     11:23 Beyləqanda ağır qəza, ölən var  |     11:21 Toyuq əti də bahalaşdı - Video  |     11:13 Kəlbəcərə sulu qar yağıb - Faktiki hava  |     22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Xaricdəki müharibələrə qoşulan azərbaycanlılara xəbərdarlıq

08.07.2026 14:36 336
Xaricdəki müharibələrə qoşulan azərbaycanlılara xəbərdarlıq
Dünyanın müxtəlif bölgələrində qeyri-sabitliyin davam etdiyi ərazilər mövcuddur. Bu baxımdan Azərbaycan vətəndaşları xarici ölkələrə səfər edərkən risk amillərini nəzərə almalı, hər hansı fövqəladə hadisə baş verdiyi təqdirdə olduqları ölkənin və ya ərazinin rəsmi qurumlarının xəbərdarlıqlarına əməl etməlidirlər.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi ilə keçirilən mətbuat konfransında söyləyib.

Onun sözlərinə görə, son illərdə bu cür problemlərlə üzləşən 600-ə yaxın Azərbaycan vətəndaşının yeri müəyyənləşdirilərək onların ölkəyə qaytarılması təmin olunub. Hazırda da bu istiqamətdə işlər davam etdirilir.

Nazir qeyd edib ki, müxtəlif regionlarda hərbi münaqişələrdə iştirak edən Azərbaycan vətəndaşlarına rast gəlinir. Bəzi hallarda şəxslər müxtəlif vədlərlə bu cür münaqişələrə cəlb olunurlar. Bir daha xatırlatmaq istərdik ki, xarici ölkələrdə silahlı münaqişələrdə iştirak etmək Azərbaycan qanunvericiliyinə ziddir. Hətta bu cür hallar Azərbaycan vətəndaşlığından məhrum edilmə ilə də nəticələnə bilər.скачать dle 11.3
Mojo.az Banner