Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Müəllimlərin geyimi necə olmalıdır? Dünya təcrübəsi Azərbaycana gəlir

07.07.2026 17:58 1 419
Müəllimlərin geyimi necə olmalıdır? Dünya təcrübəsi Azərbaycana gəlir
Milli Məclisdə müzakirəyə çıxarılan "Ümumi təhsil haqqında" qanuna təklif edilən dəyişikliklərə əsasən, dövlət ümumi təhsil müəssisələrində müəllimlər üçün geyim tələblərinin hüquqi əsası yaradılır. Dəyişiklik məktəblərdə vahid idarəetmə, nizam-intizam və peşəkar iş mühitinin gücləndirilməsini hədəfləyir.

Müəllimlər üçün geyim tələbinin qanunla tənzimlənməsinə ehtiyac var idimi?

Bu qayda müəllimlərin şəxsi seçim azadlığını məhdudlaşdıra bilərmi?
Beynəlxalq təcrübədə müəllimlərin geyimi necə tənzimlənir?

Mövzu ilə bağlı Median.Az-ın suallarını cavablandıran təhsil eksperti Əmrah Həsənli bildirib:
"Mən hesab edirəm ki, müəllimlərin geyimi ilə bağlı müəyyən tələblərin hüquqi əsasının yaradılması zəruri idi. Çünki müəllim sadəcə bir peşə sahibi deyil, həm də cəmiyyət üçün nümunə olan, şagirdin davranış və dünyagörüşünün formalaşmasına təsir göstərən şəxsdir".

Mütəxəssis əlavə edib ki, məktəb hər hansı bir iş yeri deyil, xüsusi etik qaydaların və pedaqoji mühitin hökm sürdüyü bir təhsil məkanıdır. Bu baxımdan müəllimin xarici görünüşü də peşə etikasının bir hissəsi hesab olunmalıdır.

Ekspertin sözlərinə görə, burada söhbət müəllimlərin eyni formada geyinməsindən və ya onların fərdiliyinin aradan qaldırılmasından getmir. Əsas məqsəd məktəb mühitinə uyğun, səliqəli, peşəkar və pedaqoji etikaya cavab verən geyim standartlarının müəyyən edilməsidir. Son illər bəzi təhsil müəssisələrində müəllim geyimi ilə bağlı müxtəlif müzakirələrin aparıldığını, hətta bəzən məktəb mühitinə uyğun hesab edilməyən halların cəmiyyətdə narazılıq yaratdığını görürdük.

"Hüquqi boşluğun olması isə yanaşmalarda fərqlər yaradırdı. Bu dəyişiklik həmin məsələlərin vahid çərçivədə tənzimlənməsinə xidmət edir", — deyə Ə. Həsənli qeyd edib.

Şəxsi seçim azadlığı məsələsinə gəlincə, o, vurğulayıb:

"Düşünmürəm ki, bu qayda müəllimlərin hüquqlarını məhdudlaşdıracaq. Hər bir peşənin özünəməxsus etik və peşə standartları var. Həkimlərin, hakimlərin, hüquq-mühafizə orqanları əməkdaşlarının və bir çox digər peşə sahiblərinin müəyyən geyim qaydaları mövcuddur. Müəllimlik də yüksək məsuliyyət tələb edən və cəmiyyət qarşısında xüsusi nüfuzu olan peşədir. Ona görə də müəyyən çərçivələrin müəyyən edilməsi şəxsi azadlığa müdaxilə deyil, peşə məsuliyyətinin bir hissəsi kimi qəbul edilməlidir".

"Beynəlxalq təcrübəyə baxdıqda da oxşar yanaşmaları görürük. Bir çox ölkələrdə müəllimlər üçün rəsmi və ya yarı-rəsmi geyim standartları mövcuddur. Məsələn, bəzi Avropa ölkələrində və Asiya dövlətlərində müəllimlərin məktəbə uyğun, ciddi və peşəkar görünüşdə olması daxili qaydalarla tənzimlənir. Bəzi ölkələrdə isə hətta təhsil müəssisələrinin öz dress-kod siyasəti mövcuddur və müəllimlər həmin qaydalara əməl edirlər. Bu, dünyanın müxtəlif təhsil sistemlərində məktəb mədəniyyətinin və peşəkar mühitin formalaşdırılmasının vacib elementi kimi qəbul edilir", - ekspert biıdirib.

O, sonda açıqlayıb ki, ümumilikdə, mən bu dəyişikliyi müəllimin nüfuzunun artırılmasına, məktəbdə vahid peşəkar mühitin formalaşmasına və təhsil müəssisələrində nizam-intizamın gücləndirilməsinə xidmət edən müsbət addım kimi qiymətləndirirəm. Əsas məsələ odur ki, tətbiq olunacaq qaydalar müəllimlərin rahatlığını, milli-mənəvi dəyərləri və müasir peşə standartlarını nəzərə alan balanslı bir yanaşma əsasında müəyyən edilsin. Bu zaman həm müəllimin fərdiliyi qorunacaq, həm də məktəbin institusional nüfuzu daha da güclənəcək.

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner