Mojo.az Banner
19:54 Binəqədidə idman zalından 5 min manatlıq saat oğurlanıb  |     19:28 "Anamı və arvadımı cin-şeytan kimi görürdüm" - Goranboydakı dəhşətli cinayətin TƏFƏRRÜATI  |     19:17 Xaricdə təhsil adı ilə 150 min avro ələ keçirən şəxs Azərbaycana ekstradisiya edilir  |     18:58 65 yaşını qeyd edən Əməkdar artist: "Nazirlikdən təbrik gözləyirdim"  |     18:57 Mustafa Tayatın yarım milyondan çox borcu yarandı - Səbəb nədir?  |     18:53 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib  |     18:21 Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - Video  |     18:08 Şahin Bayramovdan yeni təyinat  |     18:06 "Fairmont Bakı"da yaşayan iş adamına "stop" qoyuldu - 1,7 milyon borca görə...  |     18:05 Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur  |     17:57 Travmatologiya İnstitutunda informasiya sistemi çökdü: Növbə izdihamı (VİDEO)  |     17:23 "Yeni Klinika"nın tibb bacısı xəstə baxıcısı işlədiyi evdən 20 minlik qızıl və pul oğurladı  |     17:07 Dayı bacısı qızının evindən qızıl oğurladı  |     16:59 Dostuna mesaj yazan anasını ölümcül bıçaqladı - Samuxdakı dəhşətli cinayətin TƏFƏRRÜATI  |     16:46 Məşhur ispan yazıçı 91 yaşında vəfat etdi  |     16:09 Balıqçılıq məhsullarının yeni satış qaydası bu cür olacaq  |     16:08 Hörmüz boğazının idarə olunmasına dair qanun layihəsi İran parlamentinə təqdim edilib  |     15:46 Sabah Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ  |     15:43 Travmatologiya İnstitutunda informasiya sistemi çökdü: Növbə izdihamı - Video  |     15:32 Azərbaycanda daha iki dövlət qurumu ləğv edilir  |    
Left Banner
Right Banner

Dövlət komitəsinin sədri I Beynəlxalq İslam Sivilizasiyası Forumunun açılış mərasimində iştirak edib

07.07.2026 17:09 261
Dövlət komitəsinin sədri I Beynəlxalq İslam Sivilizasiyası Forumunun açılış mərasimində iştirak edib
İyulun 7-də Özbəkistan Respublikasında keçirilən I Beynəlxalq İslam Sivilizasiyası Forumu öz işinə başlayıb.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Azərbaycan, Mərakeş, Misir, İordaniya, Malayziya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, Fələstin, Maldiv, Suriya, Rusiya, Serbiya, Finlandiya, Oman və digər ölkələrdən dini məsələlər və mədəniyyət sahələrinə məsul dövlət orqanlarının rəhbərləri, dini liderlər, beynəlxalq təşkilatların, ali təhsil, elmi-tədqiqat müəssisələrinin nümayəndələri iştirak edirlər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov forumda çıxış edərək Azərbaycanda multikultural dəyərlərin təşviqi və konfessiyalararası həmrəyliyin möhkəmləndirilməsi ilə bağlı görülən tədbirlər barədə məlumat verib.

Komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti nəticəsində Azərbaycanda dini etiqad azadlığının təmin olunması, milli-mənəvi dəyərlərin təbliği, tolerantlıq ənənələrinin qorunması üçün əlverişli mühit formalaşıb. O, ölkəmizin qlobal miqyasda sivilizasiyalararası dialoqun təşviqinə mühüm töhfələr verdiyini, bu istiqamətdə irəli sürülən təşəbbüslərin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. Vurğulayıb ki, Azərbaycanda məscidlərin, kilsələrin və sinaqoqların bərpası dövlət tərəfindən dəstəklənir, fərqli inanclara hörmət isə milli sərvət kimi qiymətləndirilir. İşğaldan azad edilmiş ərazilərdə dağıdılmış dini-mədəni irs nümunələrinin bərpası ilə bağlı tədbirlərin Azərbaycanın milli irsinin, eləcə də İslam sivilizasiyasının ayrılmaz hissəsi olan ümumbəşəri mədəni mirasın qorunmasına xidmət etdiyini diqqətə çatdırıb.

Ramin Məmmədov çıxışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Dini Məsələlər Komitəsi, habelə dövlət komitəsi tabeliyində Azərbaycan İlahiyyat İnstitutu ilə Özbəkistan Beynəlxalq İslam Akademiyası arasında qurulmuş əməkdaşlıq haqqında da danışıb. O, dini maarifləndirmə, radikalizmlə mübarizə, elmi tədqiqatlar və beynəlxalq layihələrin həyata keçirilməsi istiqamətlərində əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu deyib.

Dövlət komitəsinin sədri ötən ay Şuşa şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşünün əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni perspektivlər yaratdığını vurğulayıb. Bildirib ki, görüşün yekununda qəbul edilmiş Kommunikedə əksini tapan müddəalar Birinci Beynəlxalq İslam Forumunun əsas müzakirə mövzuları ilə səsləşir və İslam sivilizasiyasının sülh, tolerantlıq və maarifçilik dəyərlərinin təşviqinə xidmət edir.

R.Məmmədov Azərbaycan və Özbəkistanın dövlət başçılarının müəyyən etdiyi strateji baxış əsasında iki ölkənin islam sivilizasiyasının zəngin irsinin yaşadılması, türk dünyasının həmrəyliyinin möhkəmləndirilməsi və qlobal sülhün təşviqi istiqamətində əməkdaşlığı bundan sonra da uğurla davam etdirəcəyinə əminliyini ifadə edib.скачать dle 11.3
Mojo.az Banner