Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Pakistanda polis postuna silahlı hücum: 9 nəfər həlak olub

07.07.2026 12:06 465
Pakistanda polis postuna silahlı hücum: 9 nəfər həlak olub
Pakistanın Bəlucistan əyalətində - Ziarat bölgəsində yerləşən polis məntəqəsinə silahlı basqın edilib. Basqın nəticəsində ikisi zabit olmaqla 9 polis əməkdaşı həlak olub.

Bu barədə yerli hakimiyyət orqanlarına istinadən Pakistan mediası məlumat yayıb.

Ziarat bölgəsinin komissar müavini Əbdül Qüdus Açakzay baş vermiş hadisəni terror hücumu kimi qiymətləndirərək, beş polis işçisinin itkin düşdüyünü vurğulayıb. Təhlükəsizliyi təmin etmək məqsədilə hadisə yerinə əlavə qüvvələr göndərilib.

Pakistan Münaqişə və Təhlükəsizlik Tədqiqatları İnstitutu bildirir ki, iyun ayında sözügedən əyalətdə terror hadisələrinin səviyyəsində nəzərəçarpacaq dərəcədə azalma qeydə alınıb. Belə ki, may ayında 71 hücum baş verdiyi halda, iyunda bu göstərici 49-a düşüb ki, bu da terror aktivliyinin 31% azalması deməkdir.

Son xəbərlər