Mojo.az Banner
23:02 11 məşhur avtomobil modelinin istehsalı dayandırılır  |     22:57 Bakıda dəhşətli qətl törədildi  |     22:49 Gəncədə qazi 36 yaşında vəfat etdi  |     22:44 Gəncədə 16 yaşlı oğlan bıçaqlandı - Həmyaşıdı saxlanıldı  |     22:36 Evlilərin diqqətinə: sizdən pul tutula bilər - Hüquqşünas  |     22:31 Azərbaycanda maşın almaq istəyənlərin nəzərinə - Bu avtomobillər bahalaşdı  |     22:24 Müəllimlərin sayı niyə azalır? - EKSPERTDƏN AÇIQLAMA  |     22:19 “iPhone 18” bu rənglərdə olacaq  |     22:11 Rus bölmələrində oxuyanlara YENİLİK: Bu fənn Azərbaycan dilində olacaq  |     22:06 Uşağın rejimini kəskin dəyişməyin - Pediatrdan XƏBƏRDARLIQ  |     21:59 Tələbə axını kirayə bazarını silkələdi: QİYMƏTLƏR  |     21:54 “Telegram”dan möhtəşəm yeniliklər  |     21:45 Azərbaycanda məscidlərin sayı açıqlandı  |     21:40 20 Yanvarda səkidə yuxuya getdi, 2440 manatı oğurlandı  |     21:32 “Bitcoin”in qiyməti 78 min dollara enib  |     21:27 İtaliyada helikopter qəzası olub, ölənlər var  |     21:19 Portuqaliya millisi Bakıda ilk qələbəsini qazandı  |     21:13 Salyanda qəbiristanlıqdan meyit tapıldı  |     21:08 53 nömrəli marşrutun istiqaməti dəyişib  |     21:02 Qəbələdə həmkəndlisinin xanımı ilə münasibəti olan müəllim HƏBS EDİLDİ  |    
Left Banner
Right Banner

Qırmızı vərəqə aldı, amma oynayacaq: FIFA Baloquna yaşıl işıq yandırdı

06.07.2026 13:05 351
Qırmızı vərəqə aldı, amma oynayacaq: FIFA Baloquna yaşıl işıq yandırdı
Beynəlxalq Futbol Federasiyasının (FIFA) İntizam Komitəsi ABŞ millisinin hücumçusu Folarin Baloqunun diskvalifikasiyasını şərti olaraq dayandırıb və ona dünya çempionatının 1/8 final mərhələsində Belçikaya qarşı keçiriləcək oyunda iştirak etməyə icazə verib.

Bu barədə "The Athletic" portalı məlumat yayıb.

Baloqun Bosniya və Herseqovina millisinə qarşı 1/16 final matçında (2:0) müdafiəçi Tarik Muharemoviçə qarşı kobud oyuna görə qırmızı vərəqə almışdı. Amerikalı futbolçu rəqibinin ayağına arxadan butsunun şipləri ilə zərbə endirmişdi. Qaydalara əsasən, o, 1/8 final oyununu buraxmalı idi.

"FIFA-nın İntizam Məcəlləsinin 27-ci maddəsinə uyğun olaraq, bir oyunluq diskvalifikasiya bir illik sınaq müddəti ilə əvəz edilir. Əgər futbolçu bu müddət ərzində oxşar xarakterli və eyni ağırlıq dərəcəsində daha bir qayda pozuntusuna yol verərsə, diskvalifikasiya qüvvəyə minəcək və yeni pozuntuya görə tətbiq olunacaq əlavə cəzalardan asılı olmayaraq icra ediləcək", - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, 2025-ci ildə Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu da 2026-cı il dünya çempionatının seçmə mərhələsində rəqibə dirsəklə zərbə endirdiyinə görə qırmızı vərəqə almışdı. Hücumçu seçmə mərhələnin son oyununu buraxsa da, sonradan ona şərti olaraq iki oyunluq cəza verildi. Bunun sayəsində portuqaliyalı futbolçu uzunmüddətli diskvalifikasiyadan yayındı və Şimali Amerikada keçirilən dünya çempionatının ilk oyunlarında iştirak edə bildi.

25 yaşlı Baloqun 2023-cü ilin yayından Fransa çempionatında çıxış edən "Monako" klubunun formasını geyinir. O, 2026-cı il dünya çempionatında keçirdiyi üç oyunda üç qol vuraraq ABŞ millisinin turnirdə ən məhsuldar futbolçusuna çevrilib.

ABŞ və Belçika milliləri arasında 1/8 final oyunu Bakı vaxtı ilə iyulun 7-nə keçən gecə keçiriləcək. Bu cütün qalibi İspaniya - Portuqaliya qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatı iyulun 19-da başa çatacaq.скачать dle 11.3
Mojo.az Banner